Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İmam Rəbbani

Vikipediya, azad ensiklopediya
İmam Rəbbani
ərəb.إمام ربّانى
Doğum tarixi26 iyun1564(1564-06-26)
Doğum yeriSərhənd, Şərqi Pəncab,Hindistan
Vəfat tarixi10 dekabr1624(1624-12-10)[1][2](60 yaşında)
Elm sahələriŞəriət,islam fəlsəfəsi,sufilik

İmam Rəbbani (ərəb.إمام ربّانى;26 iyun156410 dekabr1624[1][2]) və yaƏbül-Bərəkət Əhməd ibn Əbdiləhəd ibn Zeynilabidin əl-Faruqi əs-SərhəndiNəqşibəndi təriqətinin Mücəddidi qolunun banisi.[3]Sufi, alim vəmücəddid.

Bioqrafiyası

[redaktə |vikimətni redaktə et]

1564-cü ildəHindistanda doğulmuşdur. Ata tərəfindən xəlifəÖmərin nəslindən olduğu üçün"əl-Faruqi" nisbəsi ilə tanınır.Əhlis-Sünnə təsəvvüfünün (təriqət əhli olmaq, qəlbini Allah sevgisinə bağlamaq) böyük simalarından biridir. Təsəvvüfdə Nəqşibəndi şeyxlərindən Məhəmməd Bəqi Billah həzrətlərinə intisab (bir yerə bağlanmaq, bir kimsəyə mənsub olma) etdi. Dövrün hind-türk hökmdarıƏkbər Şah ilə dinin əsasını pozduğu səbəbiylə bəzi mövzularda zidd düşmüş və 1619-cu ildə Gevaliyar qalasında həbs edilmişdir.[4] Hər cür azğın axınlara qarşı Əhlis-Sünnə etiqadını dəstəklədiyi üçün"İki min ilin mücəddidi" tituluna layiq görülmüşdür.

Əsərləri

[redaktə |vikimətni redaktə et]
  • İsbatun-nübüvvə. Allah inancıyla yanaşı, peyğəmbərliyə inancın da zəruri olduğunu elmi əsaslarla sübut etməyi hədəfləyən bu əsər, Əkbər Şah tərəfindən"Dini-İlahi" adı ilə irəli sürülən və müxtəlif dinlərə eyni anda inanma mənasını verənsinkretik düşüncə tərzinin təşviq etdiyi şübhəçiliyə qarşı qələmə alınmışdır.Ərəb dilində yazılmış bu əsər, sonradan Qulam Mustafa Xan tərəfindənurdu dilinə tərcümə edilərək Kəraçidə nəşr olunmuşdur (1963).[3]
  • Təyidi-Əhlis-sunnə (Rəddi-Rəvadiz).İranşiə alimləri iləMavəraünnəhrsünni alimləri arasında baş vermiş bir elmi mübahisənin məhsulu olan bu əsər, şiəliyə qarşı yazılmış bir rəddiyədir. Sirhindinin gələcəkdə onu izləyəcək Nəqşibəndi təriqətinə miras qoyacağı güclü anti-şiə mövqeyinin təməlini atan bu əsər, Qulam Mustafa Xan tərəfindən farsca orijinal mətn və urduca tərcüməsi ilə birlikdə nəşr edilmişdir (Kəraçi 1964).
  • Məktubat. Dostları və tələbələrinə yazdığı məktubların bir yerə gətirildiyi"Məktubat" İslam təsəvvüfünün ən əhəmiyyətli qaynaqlarından biridir. İmam Rəbbaninin bəzi sözləri belədir:

    "İnsanın əvvəlcə etiqadını düzəltməsi lazımdır. Bu düzəltmə də, Qurani-Kərimə, Məhəmməd Peyğəmbərin sözlərinə, hərəkətlərinə, əmrlərinə və camaatın fikirlərinə uyğun olaraq edilməlidir. Əməldə zəifliyin bir bağışlama ümidi vardır, etiqadda zəifliyin əsla bağışlamada yeri yoxdur."
    "Məlum olsun ki, iki dünyanın səadətini qazanmaq ancaq Rəsulullaha tabe olmağa bağlıdır. Ona tabe olmaq bu şəkildə olar: İnsanlar arasında İslamın hökmlərini yerinə yetirib icra etmək, küfr adətlərini qaldırmaq, küfr əlamətlərini qaldırıb ləğv etmək."
    "Əməl işləməyin zamanı gənclikdir. Ağlı olan bu fürsəti qaçırmaz və fürsəti qənimət bilər. Çünki insan yaşlılıq zamanına qalmaya bilər. Qaldığını fərz edək, hərəkət etməyə müyəssər olmaya bilər. Belə bir hərəkətdə olduğunu fərz edək, bir əməl işləməyə gücü çatmaz. Çünki o zaman zəifliyin və acizliyin üstün gəldiyi zamandır…"[5]

Qələmə aldığı digər əsərləri bunlardır:

  1. Mükaşəfati-Qeybiyyə (Kəraçi 1965);
  2. Havəşi və Taliqat bər Şərhi-Rubəiyyati-Xacə Bəqi-Billah (Kəraçi 1966);
  3. Məarifi-Lədünniyyə (Kəraçi 1968);
  4. Məbdəu-Məad (Kəraçi 1983);
  5. Risaləi-Təhliliyyə (Kəraçi 1983).

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 12Aḥmad Sirhindī //Faceted Application of Subject Terminology.
  3. 12"İmam Rabbani". Archived from the original on 19 may 2025.İstifadə tarixi:9 may 2025.
  4. Prof. Dr. Ekrem Buğra Ekinci."İmam-ı Rabbânî hazretlerinin Selim Cihangir Han'a yazdığı üçüncü cild, 47. mektubunda kendisini fazlaca aşağı tutup, sultanı da fazlaca övmesindeki hikmet nedir?". 05.10.2012. Archived from the original on 2025-04-19.İstifadə tarixi:2025-05-09.
  5. Rəbbani.Məktubat.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İmam_Rəbbani&oldid=8457114"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp