Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İllig xaqan

Vikipediya, azad ensiklopediya
İllig xaqan
頡利可汗
620 –630
ƏvvəlkiÇula xaqan
SonrakıKilibi xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeriTaypu
Vəfat səbəbiXəstəlik
Dəfn yeriBa çayının şərqində
Fəaliyyətihərbi qulluqçu
AtasıYami xaqan
AnasıPoşi
Həyat yoldaşıŞahzadə Yiçenq
UşağıYükük şad
DiniTenqriçilik

İllig xaqan (𐰃𐰞𐰞𐰃𐰏𐰴𐰍𐰣) —Şərqi Göytürk xaqanlığının son müstəqil xaqanı.Yami xaqanın kiçik oğu idi. Anası isəTuyuhun xalqından Poşi (婆施) idi. Əsl adı Topi idi. Atasının dövründə Külüg Tarxan (胡祿達官) tərbiyəsinə verilmiş[1], Bağa Çor şad titulu almışdı.[2]

İlk dövrləri

[redaktə |vikimətni redaktə et]

620-ci ildə, qardaşıÇula xaqanın ölümündən sonra taxta çıxmışdı. İlk işi Tan sülaləsinə hücum etmək oldu. Qardaşıoğlu Yuşe şada 10.000 əsgər verib Linçjounu mühasirəyə göndərmişdi. Həmçinin Şibi xaqanın oğluTolis xana şərq torpaqlarını verərək özünə müttəfiq yaratdı.

621-624 müharibəsi

[redaktə |vikimətni redaktə et]

621-622ci illərdə Yanmeni mühasirəyə almış və yağmaları artırmışdı. İmperatorun sülh təklifinə isə məhəl qoymurdu. Uzun sürən qırğınlardan sonra 624-cü ildə sülh bağlanmışdı. Tan sülaləsi isə yeni bir döyüşə hazırlaşırdı.

625-626 müharibəsi

[redaktə |vikimətni redaktə et]

Xaqan 625-ci ildə yenidən Şanhsiyə hücuma keçdi. Lakin çox keçmədənLi Şimin sayəsində yenidən sülh bağlandı. 3000 at, 10000 qoyun qarşılığında türk əsirlər geriyə qaytarıldı.

Son dövrləri

[redaktə |vikimətni redaktə et]

627-ci ildə xaqanlıq ən zəif dövrünə qədəm qoydu.Seyanto xanlığınınİncu xan başçılığı ilə üsyanı onuTan sülaləsi qarşısında köməksiz qoydu. 628-ci ildəTolis xan və kidan ordusu üsyana qalxdı. Çinlilər Tolisə dəstək olurdu. Xaqan buna görə də anası Poşinin xalqı olanTuyuhunlara sığınmağa cəhd etdi. Xaqan 630-cu ildə imperatorun əmisioğluLi Daoçonq və köməkçisi Çenq Paohsianq (張寶相) tərəfindən həbs edildi.[3] 29 mart 630-cu ildə paytaxtÇanqana gətirildi.

Hakimiyyətdən sonra

[redaktə |vikimətni redaktə et]

Onun hakimiyyətinin sonu eləŞərqi Göytürk xaqanlığının da bir müstəqil dövlət kimi sonunu gətirdi. Bundan sonra Jimi sistemi altındamuxtar vilayət sisteminə bənzər bir sistemlə xaqanlar hakimiyyətə gəlməyə başladı. Xaqan 632-ci ildən sonra Kuo prefekturasının hərbi qubernatoru təyin olundu. Daha sonra isə ona "Saray Mühafizlərinin Sağ Alay Sərkərdəsi" (右衛大將軍) titulu verilmişdi. Taypada çadırda yaşamağa başlamışdı. Sürətlə arıqlayır və ruhdan düşürdü. 4 il sonra vəfat etdi və bədəni yandırıldı. KülüBa çayının şərq sahilində dəfn edildi. Məzarı tapılmamışdır.

Ailəsi

[redaktə |vikimətni redaktə et]

Qardaşlarının keçmiş xatunuşahzadə Yiçenqlə evlənmişdir. Oğulları:

  • Tiluçi (疊羅支) — 630-cu ildə Çinə əsir düşmüşdür. Çin mənbələrinə görə o "düzgün xarakterli və vəfalı" biri idi.[4] Aqibəti haqda məlumat yoxdur.
  • Yükük şad — 627-ci ildən öncə Bügüt, Uyğur və Tonqra tayfalarını idarə edirdi.[4]
  • Aşina Poluomen (610 - 651) — Saray Mühafizlərinin Tun Alayının bir zabiti idi.
  • Aşina TiginAşina Qandenin babası idi.
  • İl Etmiş bəy -İltəriş xaqanın atası olduğu güman edilir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Bu məqalədəki istinadlar müvafiqistinad şablonları ilə göstərilməlidir.
  1. Hsie Tanq Şu, 215a (1975:6029)
  2. Çiu Tanq Şu, 194a (1975:5154)
  3. Çiu Tanq Şu, 3 (1975:39)
  4. 12Hsie Tanq Şu, 215a (1976:6036)
⛭
I Göytürk xaqanlığı
Şərq Göytürk xaqanlığı
Cimi sistemi altındakı xaqanlar
Qərb Göytürk xaqanlığı
Qərb Göytürk protektoratı
II Göytürk xaqanlığı
Göytürk şahzadələri
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İllig_xaqan&oldid=6904684"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp