Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İkinci Dünya müharibəsi

Vikipediya, azad ensiklopediya
İkinci Dünya müharibəsi
Saat əqrəbi istiqamətində:
Çin qüvvələriÇande döyüşündə;Birinci Əl-Ələmeyn döyüşündə Avstraliyanın 25 funtluq silahları; AlmanStuka bombardmançıları 1943-cü ilin dekabrındaŞərq cəbhəsində; ABŞ dəniz qüvvələri Linqayen körfəzində;Vilhelm KeytelAlmaniyanın təslim olma sənədini imzalayır; Sovet qoşunlarıStalinqrad döyüşündə
Tarix1 sentyabr 1939[1]
2 sentyabr 1945 (6 il, 1 gün)
YeriAvropa,Sakit okean,Atlantika,Hind okeanı,Cənubi-Şimali Asiya,Çin,Yaponiya,Orta Şərq,Cənubi Afrika,Şərqi Afrika,Mərkəzi Afrika,Avstraliya,ŞimaliCənubi Amerika
SəbəbiAlmanrevanşizmi, italyanfaşizmi, yaponşovinizmi
Nəticəsi

Antihitler koalisiyasının qələbəsi
Nasist Almaniyasının,Faşist İtaliyasınınYaponiya imperiyasının süqutu
Almaniya,Yaponiya,AvstriyaKoreyanın müttəfiq hərbi işğalları
• Atom dövrünün başlanğıcı
Millətlər İttifaqının ləğv edilməsi vəBMT-nin yaradılması

ABŞSSRİ-nin rəqib supergüclər kimi meydana çıxması vəSoyuq müharibənin başlaması
Münaqişə tərəfləri

Antihitler koalisiyası:SSRİSSRİ(1941-45)
ABŞABŞ(1941-45)
Böyük BritaniyaBirləşmiş Krallıq
ÇXR(1937-45)
FransaFransa(1939-40)

Yuqoslaviya KrallığıYuqoslaviya Krallığı(1941-45)
KanadaKanada
AvstraliyaAvstraliya
Yeni ZelandiyaYeni Zelandiya
YunanıstanYunanıstan(1940-45)
ÇexoslovakiyaÇexoslovakiya
Cənubi Afrika RespublikasıCAR
NorveçNorveç(1940-45)
NiderlandNiderland(1940-45)
BelçikaBelçika(1940-45)
BraziliyaBraziliya(1942-45)


Asılı və kukla dövlətlər
FilippinFilippin(1941-45)
MonqolustanMonqolustan(1941-45)
...və digərləri

Berlin-Roma-Tokio oxu:

Nasist Almaniyası
Yaponiya İmperiyası (1937-45)
İtaliya Krallığı(1940-43)
Macarıstan krallığı(1940-45)
Rumıniya Krallığı(1941-44)
Bolqarıstan Krallığı(1941-44)


Hərbi Müttəfiqlər
FinlandiyaFinlandiya(1941-44)
TailandTailand(1942-45)
İraq Krallığı(1941)


Asılı və kukla dövlətlər
Mançukuo
İtaliya Sosial Respublikası(1943-45)
XorvatiyaXorvatiya(1941-45)
SlovakiyaSlovakiya
...və digərləri

Komandan(lar)

SSRİİosif Stalin
ABŞFranklin RuzveltBöyük BritaniyaVinston Çörçill
Çan Kayşi

Üçüncü ReyxAdolf Hitler
YaponiyaHirohito
İtaliya Krallığı (1861-1946)Benito Mussolini

İtkilər

Hərbi ölənlər:
16.000.000-dan çox
Mülki ölü:
45.000.000-dan çox
Ölənlərin ümumi sayı:
61.000.000-dan çox(1937–1945)
...daha ətraflı

Hərbi ölənlər:
8.000.000-dan çox
Mülki ölü:
4.000.000-dan çox
Ölənlərin ümumi sayı:
12.000.000-dən çox(1937-1945)
...daha ətraflı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci Dünya müharibəsi və yaİkinci Cahan savaşıXX əsrdə baş vermiş ikiDünya müharibəsindən ikincisi.Almaniya ordusununPolşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki baş verən hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.

İkinci Dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.

2 sentyabr 1945-ci ildə sona yetənmüharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.

Bu müharibə dünyasiyasətininbeynəlxalq hüququn dönüş nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması və müharibə əleyhinə beynəlxalq mexanizmlər meydana çıxdı. TəkcəAlmaniyaYaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olanİngiltərəFransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonraavtoritet mövqeyini bərpa edənABŞ dünyada aparıcı qərb ölkələrinin başında,SSRİ isə sosialist ölkələrin başında dururdu.Hitler Koalisiyası-na qarşı müttəfiq olanSSRİABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə"yə başladılar.

Müharibə 1945-ci ildəAntihitler koalisiyasının qələbəsi ilə başa çatdı və beləliklə də, dünya siyasi xəritəsi dəyişikliyə məruz qaldı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçünBMT yaradıldı. Bu zamanAfrikaAsiyada azadlıq uğrunda hərəkatlar üçün zəmin formalaşdı.

Müharibənin başlanması

[redaktə |vikimətni redaktə et]

Avropada İkinci Dünya müharibəsi 1939-cu ilin sentyabrın 1-də başlamışdı.Sakit okean cəbhəsində isə, İkinci Dünya müharibəsinin başlanma tarixi olaraq bəzən 1937-ci ilin iyulun 7-i, bəzən isə 1931-ci ilin sentyabrın 19-u göstərilir.

1931-ci ilin sentyabrın 19-daYaponiyanınMancuriyaya istilası başlamışdı.[2][3] 1937-ci ilin iyulun 7-i isəİkinci Çin–Yaponiya müharibəsinin başlanğıc tarixidir.[4][5]

1939-cu il 1 sentyabrdaAlmaniyaPolşa üzərinəhücuma keçdi. 1939-cu il 1 sentyabrda saat 4:45 radələrində Danziq limanında olan Alman müharibə gəmisiSchleswig-Holstein Polşaya aidWesterplatte adlı gəmiyə atəş açdı. Bu tarix uzun bir müddət, İkinci Dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edildi. Halbuki 4:40 radələrində Alman bombardman təyyarələri, Breslau'nun 100 km şərqindəkiWielun qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Bundan əvvəl isə bir alman-slovak bölüyü 26 avqust tarixində Jablona Keçidini işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçənAlmaniya sərhədləri pozaraqPolşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500tank, 2000təyyarə göndərdi. 3 sentyabr tarixindəİngiltərəFransaAlmaniyaya müharibə elan etdilər. İkinci Dünya müharibəsi başlandı. Sentyabrın 3–10 arasındaAvstraliya,Yeni Zelandiya,Hindistan,KanadaAlmaniyaya qarşı müharibəyə qoşuldular.ABŞ özünü bitərəf elan etdi.YaponiyaAvropa müharibəsinə qarışmadığını bildirdi.

İkinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri:

  • Birinci Dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması;
  • Avropanın mərkəzində,Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi;
  • Hitler "reyx"inin irqçilik, "dəyərsiz xalqları" əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları;
  • Qərb dövlətlərinin, xüsusənİngiltərəFransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri;
  • İri dövlətlərin, o cümlədənABŞ-nin "qarışmamaq" mövqeyi tutmaları;
  • ABŞ başda olmaqla iri dövlətlərinAlmaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri;
  • Sosializmə nifrət edən burjua-demokratik ölkələrinSSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri;
  • SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçünAlmaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması;
  • 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və i.a.

Müharibənin gedişatı

[redaktə |vikimətni redaktə et]

İkinci Dünya müharibəsi kifayət qədər sərt başladı.Almanlar QərbiPolşanı viran qoydular. Sazişə uyğun olaraq ruslarPolşanınşərq yarısını işğal etdilər. Ruslar həmçinin 1940-cı ildəEstoniya,LatviyaLitvanı da işğal etdilər, sonrakı ildə onlarsovetləşməyə məruz qaldılar vəSSRİ-nin respublikalarının üzvlüyünə daxil oldular.FinlandiyaSSRİ-yə qarşı müqavimət göstərdi,SSRİ 1939–1940-cı illərin qışındaFinlandiya ilə qısamüharibə apardı. Bu vaxtQərbdə hamı aldadıcı şəkildə sakit idi.AlmaniyaFransaya tərəf qoşunlarını yönəldəndəfransızlar özlərininMajino xəttinin arxasında yerləşmişdilər. Britaniya az sayda qoşuna malik idi.Almanlar hərəkət etmirdilər. Bu"Qəribə müharibə" adlanırdı. İki böyükAvropa ölkəsi hələ də özlərinin sülh dövründəki baxışlarından əl çəkmirdi. Belə qəribə qış ərzində almanlar öz qüvvələrinin xüsusi təlim-məşqdən keçirdilər, onların yazdakı niyyətləri tam aydın idi.

1940-cı ilin aprel və may aylarındaalmanlar qəflətənNorveçi,DanimarkanıNiderlandı işğal etdilər vəBelçikaya hücuma başladılar. Almanların zirehli diviziyalarının və adamların başı üzərində uğuldayan bombalarının qarşısında heç nə dayana bilmirdi.Polşada istifadə edilsə də, bu taktikalarfransızlarıbritaniyalıları heyrətə gətirmişdi. 1940-cı ilin mayındaFransa kampaniyasına başlayanÜçüncü Reyx cəmi 6 həftəyə Fransanı işğal etdi.Parisin özü 1940-cı ilin 13 iyununda işğal edildi. Müdafiə yönümlü hərbi nəzəriyyəyə malik olanFransa ordusu ölkədə əməliyyat aparmağa hazırlaşmamışdı, onun hərbi hava qüvvələri yox idi, hökumət bölünmüşdü. Hökumət məğlubiyyət tərəfdarı və bir qədər alman meyilli olan adamlar qrupunun əlinə düşmüşdü və bu adamlar 22 iyundaFransanımüharibədən çıxardı. Fransızların kiçik qrupu İngiltərəyə qaçıb generalde Qollun başçılığı altındaAzad Fransa hərəkatını yaratdılar.Fransanın özü yarıya qədər almanlar tərəfindən işğal olunmuşdu, geri qalan yarısı isəVişi şəhərini öz paytaxtı etmişdi və marşalFilipp Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti altına keçmişdi.

1807-ci ildə olduğu kimi 1940-cı ildə də yalnızBöyük BritaniyaAvropanın fatehi ilə müharibədə qalmışdı. Britaniya özünün tarmar edilmiş qüvvələrini materikAvropasındanDünkerk limanı vasitəsilə geri çəkmişdi. Həmin vaxt onlar daha çətin vəziyyətlə üz-üzə qalmağa hazırlaşırdılar.Avropadakı döyüşlər vaxtı baş nazir vəzifəsində Çamberlini əvəz etmişVinston Çörçill bədbəxtlikdə qəhrəman liderliyi vəzifəsinə yüksəldi. Aylarla davam edən və 1940-cı ilin payızında özünün kulminasiya nöqtəsinə çatanBritaniya uğrunda döyüş hava hücumu formasını almışdı. Bu vaxta qədər heç vaxt hansısa hava bombardmanı belə güclü olmamışdı. Lakin almanlar Britaniya üzərindəki səmada nəzarəti ələ keçirməyə qadir deyildi. Tədricən britaniyalılar bombardmana qarşı daha uğurla vuruşurdular.Koventri şəhərinin yer üzündən silinməsi, digər şəhərlərin həyatı və sənayesinin dağıdılması və minlərlə insanın öldürülməsinə baxmayaraq, Britaniyadakı istehsal fəaliyyəti hələ də davam edirdi. Hava qüvvələrinin əksər nəzəriyyəçilərinin mülahizələrinin əksinə olaraq bombardmanlar mülki əhalinin mənəvi gücünü qıra bilmirdi. 1940–1941-ci illərin qışında almanlar öz hücumlarının ağırlığını şərqə tərəf döndərməyə başladılar.Hitler qərara almışdı ki,İngiltərədə məsələni qurtarmazdan qabaq o, Rusiya məsələsini həll etməlidir. Belə ki, həttaHitler, nasional sosialist partiyasının öndə gələn şəxslərindən olan Rudolf Hessi, Britaniya ilə gizlin sövdələşmə üçün İngiltərəyə yollayır. Lakin İngilislərin Hessi həbsxanaya atdığını öyrəndiyi zaman, Hessin ruhi xəstə olduğunu mətbuat vasitəsilə xalqa bildirib.İngiltərə mühüm dayaq nöqtələrini, kommunikasiya xətlərini əlində saxlamaqla müqaviməti davam etdirsə də,Fransanın təslim olması iləHitler qərbdə öz məqsədlərinə çatdığını güman edirdi. İndiAvropada tam hakim olmaq üçün o, öz qüvvələriniSSRİ-yə qarşı yönəltdi.Almaniya ilə müqavilənin məxfi protokolunda ona vəd edilmiş ərazilərin, demək olar ki, hamısını ələ keçirənStalininBalkan yarımadasınaQara dəniz boğazlarına olan iddiaları Hitleri ciddi narahat etmişdi. 1940-cı ilin iyununda Hitler Vermaxt rəhbərliyinəSSRİ-yə qarşı hücum planı hazırlamaq tapşırığı verdi.Barbarossa adını almış plan 1940-cı il dekabrın 18-də təsdiq edildi.

1941-ci il iyunun 22-də AlmaniyaSSRİ-yə hücum etdi.SSRİ-ninBöyük Vətən müharibəsi başlandı.[6]İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədərArxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər.SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Almanlar müharibənin birinci həftəsindəLeninqradKiyevə yaxınlaşdılar,Smolenski ələ keçirdilər. Sentyabr ayındaalman ordusu Kiyevi tutdu,Leninqradı mühasirəyə aldı vəMoskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunlarıMoskva döyüşündə darmadağın edilərək geri atıldı. Barbarossa planı iflasa uğradı, İldırımsürətili müharibə planı puç oldu. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 km-ə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Almanlar 100–250 km geriyə çəkilməli oldular.

İspaniyada vəziyyət1898-ci ildən bəri ölkədə mühüm koloniyaların itməsi ilə sürətlənən iqtisadi və sosial böhran vətəndaş müharibəsinin baş verməsinə səbəb oldu. 1923-cü ildə, diktator De Rivera general rütbəsinə yüksəldi. Ölkənin yeni monarx quruluşu siyasi cəhətdən qeyri-sabit vəziyyətdə olması iqtisadi və sosial vəziyyətə də pis təsir etdi. Eyni zamanda, zadəganların və ordunun royalist olduqları və qarşılıqlı maraqlar səbəbiylə sağçı olduqları bir vəziyyət meydana gəldi. LakinKataloniyada və Bask bölgəsində bu qrupa qarşı çıxan insanlar və kommunistlər var idi. De Rivera dövründə bu qruplar diqqət mərkəzində görünsələr də, 2-ci Cümhuriyyətdəki millətçilər və Respublikaçılar, onları ələ keçirə bilməmələri səbəbindən idarədən ayrıldıqdan sonra qurulan idarəyə gəldilər; lakin, ölkə daxilində artan qarışıqlığın qarşısını ala bilmədilər. Nəticədə Respublikaçılar və Milliyyətçilər arasında vətəndaş müharibəsi başladı. Əvvəlcə respublikaçılar üstünlüklü görünürdülər. Ancaq sonradan Afrika və İspan ordusunun bir hissəsi millətçilərə qoşuldu. Hitler və Mussolini, Alman və İtalyan pilotlarını radikal hərəkətlərlə döyüşə gətirən İspaniyada ilk döyüş gəmisini sınadılar. 1939-cu ildə millətçi qüvvələr General Frankonun rəhbərliyi altında məğlub edildiklərində ölənlərin ümumi sayı 600.000 nəfərə yaxın idi.

Yaponiya isə 70-ci meridiandan şərqdəAvrasiyanı öz nüfuz dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi. O, artıqÇinin böyük bir hissəsini işğal etmişdi. YaponiyaFransaAlmaniyaya təslim olduqdan sonra öz hərbi hissələrini onun müstəmləkələrində —Vyetnam,LaosKambocada yerləşdirdi.Filippindəki mülklərinə təhlükə yarandığını görənABŞ Yaponiyadan qoşunlarını geri çəkməyi tələb etdi və bu ölkə ilə strateji məhsul ticarətinə qadağa qoydu. Yaponiyanın idxalı 75% azaldı. Buna cavab olaraq 7 dekabr 1941-ci ildə, bazar günü səhəri yapon təyyarə daşıyıcılarından havaya qaldırılan yüzlərlə döyüşçü, torpedo və bombardmançıHavay adalarından Ohau adasındakıPörl Harbor dəniz bazasına genişmiqyaslı hava hücumu həyata keçirdi. Bombaladıqları 8 Dretnosun 6-sı batdı və digərləri yararsız hala gətirildi. ABŞ Konqresi 8 dekabr 1941-ci ildə Yaponiyaya müharibə elan etdi. Bununla da Yaponiyanın müttəfiqi olan Almaniya və İtaliya dekabrın 11-də ABŞ-yə müharibə elan etdi. Bir gün sonra Yaponiya, İngiltərə, Kanada vəAvstraliyaya da müharibə elan etdi. Perl Harbor basqını ilə eyni gündəTayvan adasından çıxan yapon təyyarələriFilippin adalarına hazırlıq hücumu etdi. Bu adalar yapon qoşunları tərəfindən hücum edildikdən dərhal sonra işğal edildi. General Duqlos Arturun rəhbərliyindəki ABŞ orduları Filippindən geri çəkilməli oldu. Yaponlar 1942-ci ilin mayında Filippini ələ keçirdikdə 36.000 əsgər və 25.000 mülki şəxsi əsir aldı. Sonrakı aylarda Yaponiya qüvvələrinin hərbi əməliyyatları davam etdirərək Quam,Honq Konq və Malayziyanı işğal etdi.Malay yarımadasındakıSinqapur da 1942-ci ilin fevralında yaponlar tərəfindən ələ keçirildi. YaponiyaBruney, Saravak, Borneo,Şərqi Timor,Yava, Sumatra, Selebes, Yeni Britaniya,Solomon adaları, Yeni Qvineyanın şərqi, Gilbert adaları, Andaman adası vəAleut adalarına qədər torpaqları işğal etdi. Bu uğurlar Yaponiyaya Cənub-Şərqi Asiya dənizlərində həlledici üstünlük qazandırdı.

Müharibənin xronologiyası

[redaktə |vikimətni redaktə et]

1937

[redaktə |vikimətni redaktə et]

1937-il 7 iyul tarixində aqressiv yönələnmişYaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədiləÇin və Yaponiya arasında atışmalara başladırlar.

1938

[redaktə |vikimətni redaktə et]
  • 15 iyul-10 avqust Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.

1939

[redaktə |vikimətni redaktə et]
Almaniyanın işğal etdiyi ölkələr
  • 23 avqust —Moskvada Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqqında saziş imzalandı.[7]
  • 1 sentyabr —AlmaniyaSSRİPolşanı öz aralarında bölüşdürməyə başlayırlar. AlmaniyaPolşanın bölüşdürülməsi istiqamətində ilk addımı ataraq 1 sentyabrdaPolşaya qoşun yeritdi.SSRİ isə öz növbəsində bu istiqamətdə 2-ci addımı 16 sentyabrda atdı (SSRİ 2 həftəlik ləngiməkləPolşanın müttəfiqlərininAlmaniyanın mütəfiqi kimi SSRİ-yə də müharibə elan etmələrinin qarşısını məharətlə almış oldu).
  • 3 sentyabr — əvvəlİngiltərə, sonraFransa, həmçinin,AvstraliyaYeni ZellandiyaAlmaniyaya müharibə elan etdilər. Sonrakı bir-neçə gün ərzində Almaniyaya müharibə elan edən dövlətlərin sırasınaKanada,Nyufaundlend,Cənubi Afrika İttifaqıNepal da qatıldı. Bununla da İkinci Dünya müharibəsi başlamış oldu.
  • 5 sentyabr —ABŞYaponiya Avropa müharibəsində öz neytrallığını elan etdilər.
  • 17 sentyabr — Sovet qoşunlarıPolşaya daxil oldu. Həmin gün axşam Polşanın qanuni rəhbərliyiRumıniyaya qaçır
  • 28 sentyabr — almanlarVarşava şəhərini ələ keçirirlər. Həmin gün Moskvada Almaniya və SSRİ arasında yeni sərhədlər müəyyənlədirilir, keçmişPolşa ərazisi 2 tərəf arasında bölüşdürülür.
  • 6 oktyabr — Polşa ordusunun müqavimət göstərən axırıncı hissələri təslim olur. Bundan sonra Hitler Almaniyası Polşanın qərb hissəsini almalanlaşdırmağa başlayır, buradakı polyaklar və yəhudilər Polşanın mərkəzinə deportasiya edilir. Polşanın SSRİ-nin payına düşən hissəsində isə sovetləşmə, kollektivləşmə tətbiq edilir.
  • 8 noyabr —Münhendə uğursuz sui-qəsd.
  • 30 noyabr —SSRİFinlandiyaya müharibə elan edir. "Qış müharibəsi" adını alan bu müharibə 1940-cı ilin mart ayına kimi davam edir. Müharibə nəticəsində ruslar çox böyük itkilər versələr də, Finlandiyaya məxsus ərazilərin 10%-ni işğal edirlər.

1940

[redaktə |vikimətni redaktə et]
  • 15 mart Sovet-fin müharibəsi sona yetir. Moskvada bağlanmış sülh müqaviləsinə görə Finlandiyanın bir hissəsi SSRİ-yə verilir.
  • 9 aprel Alman qoşunları müharibə elan etmədən Danimarka və Norveçi işğal etdi
  • 10 aprel Sovet qoşunları tərəfindən Baltikyanı respublikalarının tutuldu.
  • 22 iyunFransanın kapitulyasiyasına dair akt imzalandı.
  • 13 avqust Alman aviasiyasıBöyük Britaniyanı bombardman etməyə başladı.
  • 23 sentyabrİtaliya ŞərqiAfrikaya yürüş etdi.
  • 27 sentyabrAlmaniya,Yaponiyaİtaliya arasında Üçlük hərbi sazişi bağlanır.
  • 2 noyabrABŞ prezidentiFranklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif etdi.
  • 20 noyabrMacarıstan "Üçlüyə" daxil olur.

1941

[redaktə |vikimətni redaktə et]
  • 1 martAlmaniyanı dəstəkləyənBolqarıstan da "Üçlüyə" daxil olur.
  • 6 aprel Alman hərbi qüvvələriYuqoslaviyaYunanıstana soxulur.
  • 9 aprelBritaniya aviasiyasıBerlini bombardman edir.
  • 1 iyunİngiltərə ordusuBağdada soxulur vəLivanSuriyaya hücum edir.
  • 16 iyunABŞ hakimiyyəti öz ərazisində yerləşən bütünAlmaniya səfirliklərinin bağlanmasını tələb edir.
  • 22 iyun AlmaniyaSSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burada onun müttəfiqləriRumıniya,Macarıstan,Slovakiya,İtaliyaFinlandiyadır.
  • 12 iyulAlmaniyaya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.
  • 11 sentyabr Amerika dəniz hərbi qüvvələriABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.
  • 30 sentyabr AlmanlarMoskvaya hücuma başladılar.
  • 5 dekabr Sovet qoşunlarıMoskva ətrafındakı alman qoşunlarına əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular.Böyük BritaniyaFinlandiya,MacarıstanRumıniyaya qarşı müharibə elan etdi.
  • 7 dekabr Yaponlar Amerikanın Havay adalarında yerləşən Pörl Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.
  • 11 dekabrÇinAlmaniyaİtaliyaya müharibə elan etdi.
  • 20 dekabrHitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.

1942

[redaktə |vikimətni redaktə et]
  • 1 yanvarVaşinqtonda 26 ölkə "Üçlüy"ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.
  • 20 yanvarBerlində "Vanzey konfransı". Yüksəkrütbəli faşist məmurları "yəhudi problemini kökündən həll etməy"ə dair müzakirələr apardılar.
  • 18 aprelABŞ hava qüvvələri Tokionu havadan bombaladı.
  • 24 aprel Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.
  • 13 sentyabrStalinqrad uğrunda döyüşlər başlandı.
  • 2 dekabrÇikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizikEnriko Fermi idi.

1943

[redaktə |vikimətni redaktə et]
  • KasablankadaRuzveltVinston Çörçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 irimiqyaslı operasiya haqqında razılığa gəldilər.
  • 31 yanvar- 2 fevral Stalinqrad döyüşü sona yetir.
  • 19 aprelVarşavada 56 min yəhudi qətlə yetirilirdi
  • 13 mart ŞimaliAfrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.
  • 5 iyul-23 avqust Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.
  • 24 iyul İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.
  • 25 iyul Benito Mussolinin yaxalanması və tutulması.İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır.28 iyulda İtalyanın faşist diktaturasından azad olunması elan olunur.
  • 13 oktyabr İtaliya Almaniyaya müharibə elan etdi.
  • 28 noyabr İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.
  • 26 dekabrRuzveltÇörçillin iştrak etdiyiQahirə konfransı. MüttəfiqlərinTürkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.

1944

[redaktə |vikimətni redaktə et]
Avropada müharibənin gedişatı
  • 6 iyunABŞ,KanadaBöyük Britaniya qoşunlarıNormandiyaya daxil olur;ikinci cəbhə açılır.
  • 20 iyul Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.
  • 1 avqustVarşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. ÜsyançılarınSSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.
  • 25 avqustRumıniyaAlmaniyaya müharibə elan edir.
  • 19 sentyabrSSRİFinlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.
  • 21 oktyabr Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.
  • 31 dekabrMacarıstandakı yeni hökumətAlmaniyaya müharibə elan etdi.

1945

[redaktə |vikimətni redaktə et]
Montreal Daily Star: "Germany Quit", may 7, 1945
  • 27 yanvarQızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orada 7 min əsir vardı. Osventsim ən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz mindən çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.
  • 4 fevralStalin,Çerçil,Ruzveltin iştirakı iləYalta konfransının açılışı. MüttəfiqlərYaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.
  • 13 – 14 fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60–245 min arasında olduğu təxmin edilir.
  • 2 mart Amerika qoşunlarıReynə gəlirlər.
  • 10 mart Tokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.
  • 12 aprelFranklin Ruzvelt vəfat edir. PrezidentiHarri Trumen əvəz edir.
  • 16 aprel Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.
  • 25 aprel Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.
  • 28 aprel Benito Mussoliini partizanlar tərəfindən güllələnir.
  • 30 aprelAdolf Hitler intihar edir.
  • 8 mayBerlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.
  • 9 may SSRİ Berlinə daxil olur və İkinci Dünya müharibəsinin qələbə ilə başa çatması. Faşizmin süqut etməsi.
  • 16 iyulABŞ-də Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.
  • 17 iyulStalin,Trumen,Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransındaAlmaniyanın gələcək taleyi müzakirə olunur.
  • 6 avqustABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.
9 avqust 1945Naqasaki üstündə atom göbələyi
  • 8 avqustSSRİYaponiyaya müharibə elan edir.
  • 9 avqustABŞ Naqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.
  • 14 avqustYaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.
  • 2 sentyabrTokioda Amerika gəmisi "Missuri"nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
  • 14 noyabr Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.

Müharibənin sonu

[redaktə |vikimətni redaktə et]
Berlin küçələri dağıntıda

Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı. Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumən, hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əsgər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi. Əlverşli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əsgəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası indi birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın hərbi hissələri də fəal iştirak etmişdilər. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması "reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, fürerə qarşı sui-qəsdlər başladı, Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. Sui-qəsd nəticə verməmişdi. 1944-cü ildə Hitler üç müttəfiqi Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlarına və sovet meyilli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Polşada, Rumıniyada, Bolqarıstanda, Yuqoslaviyada, Albaniyada, Yunanıstanda, Macarıstanda, Çexoslovakiyada yeni dövlət qurumları və ictimai hərəkatlar formalaşdı. Artıq nasist Almaniyasının məğlubiyyəti göz qabağında idi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4–11-də) toplandı. Konfransda İ. V. Stalin (SSRİ), F. Ruzvelt (ABŞ) və U. Çörçill (Böyük Britaniya) iştirak edirdi. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Konfransda tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər.

Yekunları

[redaktə |vikimətni redaktə et]
Klement Ettli,Harri Trumanİosif StalinPotsdam konfransında. iyul 1945-ci il
Almaniyanın bölüşdürülməsi

İkinci Dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi əraziBirinci Dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyonABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdir. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonuSSRİ-nin, 13,6 milyonuAlmaniyanın, 6 milyonuPolşanın, 5 milyonuÇinin, 2,5 milyonuYaponiyanın, 1,7 milyonuYuqoslaviyanın, 600 miniFransanın, 370 miniİngiltərənin, 300 miniABŞ-nin və s. payına düşmüşdü. İkinci Dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə nasist Almaniyanın, faşist İtalyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəticəsində baş vermişdi. Dünyada iki sistem — burjua demokratik və sosializm sistemləri qalmışdı.

Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş vermişdi.AvropadaAsiyada bir sıra müstəqil dövlətlər yaradılmış, sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələrifaşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürmüşdülər,Asiyada,AfrikadaLatın Amerikası ölkələrində milli-azadlıq hərəkatı güclənmişdi. Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasındaABŞ-nin vəSSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər,İngiltərəFransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonraAlmaniya,Vyetnam,Koreya parçalanmışdı.

İkinci Dünya müharibəsindən sonra sülhə və təhlükəsizliyə xidmət edən kütləvi beynəlxalq təşkilat və qurumlar yaranmışdı. Onların arasında hələ müharibənin gedişində formalaşmışBMT müstəsna yer tuturdu. İkinci Dünya müharibəsinin ən başlıca yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir. O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun yeni mahiyyət alması üçün möhkəm zəmin verdi. Müharibə, həmçinin dünyanın müəyyən zaman kəsiyində 2 ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan SSRİ-nin, dünya sosializm sisteminin süqutu nəticəsində sözügedən parçalanma aradan qalxdı. İkinci Dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün çox mühüm dərslər vermişdir. Belə ki:

o, bəşəriyyətə böyük fəlakətlər gətirən müharibələrin mahiyyətini dərk etmək dərsini verdi; o, xalqlara yeni dünya müharibəsinə, özü də dəhşətli kütləvi qırğın silahlarının mövcud olduğu indiki dövrdə yol verilməsinə imkan yaratmamaq dərsini verdi; o, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə qarşı birləşməyin çox vacib olması dərsini verdi; o, göstərdi ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional müharibələrin baş verməsinin qarşısı alınmalıdır; o, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından biri də, müharibə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza yaratmaqdır; müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qadağan edilməsinə nail olmaqdır.

Berlin divarının görünüşü (1986)

Hazırda mövcud olan beynəlxalq münasibətlər İkinci Dünya müharibəsi nəticəsində formalaşan Yalta sistemi üzərində qurulub. İkinci Dünya müharibəsi dünyada mövcud olan qüvvələr balansını köklü şəkildə dəyişdi. Birincisi faşizmin qlobal cərəyana çevirilməsinin qarşısı alndı. İkincisi, dünyada ABŞ və SSRİ kimi super dövlətlər yarandı və onların timsalında qlobal ideologiyalar qismində liberal-demokratiya ilə kommunizm təsdiqləndi (ikiqütblü sistem formalaşdı). Üçüncüsü, beynəlxalq münasibətləri tənzimləyəcək və beynəlxalq təhlükəsizliyi təmin edəcək ümumdünya təşkilat — Millətlər Liqası daha effektiv təşkilatla — BMT ilə əvəz olundu. Dördüncüsü, demək olar ki, yer üzündə müstəmləkə qalmadı. Ümumiyyətlə ənənəvi müstəmləkəçilik transformasiyalara məruz qaldı və iqtisadi-siyasi asılılığın yeni formalarlı yarandı. Beşincisi, Çin kimi SSRİ-yə rəqib kommunist dövləti yarandı, bununla da kommunist bloku çat verdi. Altıncısı, Yaponiya fövqəldövlət olaraq aradan getdi və faktiki olaraq Sakit Okean regionunda ABŞ siyasətinin platsdarmına çevirildi. Avropanın aparıcı ölkələri fövqəldövlət olaraq məhv oldular və onların təsir dairəsi Avropa ilə məhdudlaşdı. Nəticədə, Avropa dövlətləri dünya arenasına çıxmaq üçün birləşməli oldular. Bu baxımdan Avropa Birliyi də İkinci Dünya müharibəsinin səmərəsidir.

Müharibənin qurbanları

[redaktə |vikimətni redaktə et]

Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci Dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayını 35 milyon göstərən də var, 68 milyon göstərən də.

Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub.

"World War 2" saytı da ölkələr üzrə ayrı-ayrılıqda itkilərin sayını verməyə çalışıb. Əlbəttə, bunlar da təxmini rəqəmlərdir. Amma yenə də bir-birindən kəskin fərqlənən mənbələr arasında müharibənin qara statistikasında orta rəqəmlər haqqında təsəvvür yarada bilir.

İkinci Dünya müharibəsinin itkiləri

[redaktə |vikimətni redaktə et]
ÖlkəƏhali (1939)Ölü (Əsgər)Ölü (Mülki)Ölü (Yəhudi soyqırımı)Cəm1939 əhalisinə
görə itki faizi
ABŞ131.028.000416.8001.700418.5000,32%
Albaniya1.073.00028.00020028.2002,63%
Almaniya69.623.0005.533.0001.600.000160.0007.293.00010,47%
Avstraliya6.998.00039.40070040.1000,57%
Avstriya6.653.00040.50065.000105.5001,59%
Belçika8.387.00012.10049.60024.40086.1001,02%
Braziliya40.289.0001.0001.0002.0000,00%
Bolqarıstan6.458.00022.0003.00025.0000,38%
Böyük Britaniya47.760.000382.60067.800450.4000,94%
Myanma16.119.00022.000250.000272.0001,16%
Kanada11.267.00045.30045.3000,40%
Çin517.569.5313.800.00016.200.00020.000.0003,86%
Kuba4.235.0001001000,00%
Çexoslovakiya15.300.00025.00043.000277.000345.0002,25%
Danimarka3.795.0002.1001.0001003.2000,08%
Estoniya1.134.00040.0001.00041.0003,62%
Efiopiya17.700.0005.00095.000100.0000,6%
Finlandiya3.700.00095.0002.00097.0002,62%
Fransa41.700.000217.600267.00083.000567.6001,36%
Hind-Çin24.600.0001.000.0001.000.0004,07%
Yunanıstan7.222.00020.000220.00071.300311.3004,31%
Macarıstan9.129.000300.00080.000200.000580.0006,35%
İslandiya119.0002002000,17%
Hindistan378.000.00087.0001.500.0001.587.0000,42%
İndoneziya69.435.0004.000.0004.000.0005,76%
İran14.340.0002002000,00%
İraq3.698.0001.0001.0000,03%
İrlandiya2.960.0002002000,00%
İtaliya44.394.000301.400145.1008.000454.5001,02%
Yaponiya71.380.0002.100.000580.0002.680.0003,75%
Koreya23.400.000378.000378.0001,6%
Latviya1.995.000147.00080.000227.00011,38%
Litva2.575.000212.000141.000353.00013,71%
Lüksemburq295.0001.3007002.0000,68%
Malayziya4.391.000100.000100.0002,28%
Malta269.0001.5001.5000,56%
Meksika19.320.0001001000,00%
Monqolustan819.0003003000,04%
Hollandiya8.729.00015.800124.500106.000246.3002,82%
Nyufaundlend və Labrador300.0001.0001001.1000,37%
Yeni Zelandiya1.629.00011.90011.9000,67%
Norveç2.945.0003.0005.8007009.5000,32%
Filippin16.000.00057.00090.000147.0000,92%
Sakit okean1.900.00057.00057.0003,00%
Polşa34.849.000160.0002.440.0003.000.0005.600.00016,07%
Şərqi Timor500.00055.00055.00011,00%
Rumıniya19.934.000300.00064.000469.000833.0004,22%
Sinqapur728.00050.00050.0006,87%
Cənubi Afrika10.160.00011.90011.9000,12%
SSRİ168.500.00010.700.00011.400.0001.000.00023.100.00013,71%
İspaniya25.637.0004.5004.5000,02%
İsveç6.341.0002002.0002.2000,03%
İsveçrə4.210.0001001000,00%
Tayland15.023.0005.6003005.9000,04%
Yuqoslaviya15.400.000446.000514.00067.0001.027.0006,67%
Cəm1.991.913.00025.173.70041.830.6005.754.40072.758.9003,71%

Mənbə

[redaktə |vikimətni redaktə et]

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Qərbi mənbələrdə qəbul olunmuş tarix. Bundan başqa müxtəlif tarixlər təklif olunur. Məsələn, Çin tarixşünaslıqda7 iyul 1937 tarixi qəbul olunub.
  2. Ghuhl, Wernar (2007)Imperial Japan's World War Two Transaction Publishers pp. 7, 30
  3. Polmar, Norman; Thomas B. Allen (1991)World War II: America at war, 1941–1945ISBN 978-0-394-58530-7
  4. Ferris, John; Mawdsley, Evan.The Cambridge History of the Second World War, Volume I: Fighting the War(ingilis).Cambridge:Cambridge University Press. 2015.
  5. Förster, Stig; Gessler, Myriam.The Ultimate Horror: Reflections on Total War and Genocide // Roger Chickering; Stig Förster; Bernd Greiner (redaktorlar ). A World at Total War: Global Conflict and the Politics of Destruction, 1937–1945. Cambridge:Cambridge University Press. 2005. 53–68.ISBN 978-0-521-83432-2.
  6. Böyük Vətən müharibəsi (1941–1945) necə başladı və başa çatdı?Arxivləşdirilib 2022-03-18 at theWayback Machine (az.)
  7. История второй мировой войны. 1939–1945Arxivləşdirilib 2022-04-07 at theWayback Machine. Воениздат, 1982. С. 465.2 сентября — Подписание акта о безоговорочной капитуляции милитаристской Японии. Окончание второй мировой войны.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Vikianbardaİkinci Dünya müharibəsi ilə əlaqəli mediafayllar var.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Qədim Dövr
Orta Əsrlər
Yeni Dövr
Səfəvi-Şirvanşahlar müharibələri •Cabanı döyüşü  •Şərur döyüşü  •Almaqulağı döyüşü  •Səfəvi-Şeybani müharibələri  •Mərv döyüşü  •Səfəvi-Osmanlı müharibələri  •Çaldıran döyüşü  •Qoçhisar döyüşü •Vəkalət müharibəsi  •Səfəvi-Osmanlı müharibəsi (1532-1555)  •Səfəvi-Moğol müharibələri  •Səfəvi-Moğol müharibəsi (1537-1544)  •Səfəvi-Osmanlı müharibəsi (1578-1590)  •Səfəvi-Osmanlı müharibəsi (1603-1618)  •Sufiyan döyüşü  •Səfəvi-Osmanlı müharibəsi (1616-1618) •Səfəvi-Osmanlı müharibəsi (1623-1639)  •Səfəvi-Rusiya müharibəsi (1651-1653)  •Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)  •Səfəvi-Rusiya müharibəsi (1722-1723)  •Səfəvi-Osmanlı müharibəsi (1723-1727)  •Səfəvi-Osmanlı müharibəsi (1730-1736)  •Səfəvi-Osmanlı müharibəsi (1730-1732)  •Osmanlı-İran müharibəsi (1743-1746)  •Rusiya-İran müharibəsi (1796)  •Gəncə qalasının işğalı  •Rusiya-İran müharibəsi (1804-1813)  •Sultanbud döyüşü  •Aslandüz döyüşü  •Rusiya-İran müharibəsi (1826-1828)  •Şamxor döyüşü
Ən Yeni Dövr
Rus-yapon müharibəsi  •Erməni-Azərbaycan müharibəsi (1905-1906)  •Birinci Dünya müharibəsi   •Gürcüstan-Ermənistan müharibəsi  •Azərbaycan-Ermənistan müharibəsi (1918-1920)  •Göyçay savaşı  •Salyan döyüşü  •Bakı döyüşü  •Muğan hadisələri  •Sarvan döyüşü  •Yalama döyüşü  •Aprel işğalı (Türkiyənin müdaxiləsi)  •İkinci Dünya müharibəsi (Azərbaycan İkinci dünya müharibəsində)  •Əfqanıstan müharibəsi (1979-1989)  •  Qarabağ müharibəsi  •May hadisələri  •Subtropik əməliyyatı  •Naxçıvanda dövlət çevrilişinə cəhd  •4 iyun Gəncə qiyamı  •1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhd  •Qobustan qiyamı (1999)  •Aprel döyüşləri  •Günnüt əməliyyatı  •Tovuz döyüşləri  •İkinci Qarabağ müharibəsi  •2025-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhd
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İkinci_Dünya_müharibəsi&oldid=8387258"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp