Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İkinci Çin–Yaponiya müharibəsi

Vikipediya, azad ensiklopediya
İkinci Çin–Yaponiya müharibəsi
Yeri
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Çin–yapon müharibəsi — 1937–1945-ci illər arası Çin və Yaponiya arasında baş vermiş münaqişə.

    Çinlilər 33 milyona qədər itki verdilər (hərbi və mülki), yaponlar isə 3 milyona yaxın itki verdilər.

    Çin və Yaponiya arasında münaqişə

    [redaktə |vikimətni redaktə et]
    Sakit okean cəbhəsi Şurasına üzv ölkələrin dövlət başçıları, 12 oktyabr 1942-ci il
    Çan Kayşi

    1937-ci ildənYaponiyaMancuriyaya nəzarət edirdi vəÇinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermişMarko Polo körpüsündəki hadisə,ÇinYaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu.Homindançıkommunistçinlilərvətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşıvahid cəbhədə birləşdilər.SSRİ, bu müharibədəÇin qüvvələrinəhərbi yardım etmişdi.YaponlarŞanxay,NankinUxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas daABŞ xüsusiləPanay hadisəsinə görəYaponiyanın təcavüzkar siyasətini pislədi.

    1939-cu ildəyaponlar,SSRİ-niUzaq Şərqdən, xüsusilə dəMancuriyadan çıxarmağa çalışırdılar. Onlar,MarşalGeorgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindənXalxin-Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu vəSSRİ-ninAlmaniyaya qarşı müharibənin əvvəlindəSovet-Yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimiÇinə edilən yardımını dayandırdı.[1]

    1940-cı ilin sentyabrındaYaponiyaVişi Fransası tərəfindən nəzarət edilən Hind-Çin istiqamətindənÇinin əsas ərazilərini tutaraq, onun dünya ilə əlaqəsini kəsdi.Yaponlar,Vişi hökuməti ilə olan sazişlərini pozdular və öz məqsədlərinə çatdılar. 27 sentyabrdaYaponiya,Almaniyaİtaliya ilə hərbi müttəfiqlik barədə müqavilə imzaladı.ABŞ,YaponiyaAlmaniya arasında olmuş gizli diplomatik yazışmanı bilənə, yəni 1944-cü ilə qədər bu ölkələrin az olsa da, əlaqələri var idi.[2]

    1941-ci ildən münaqişə zəifləmişdi. Baxmayaraq ki,YaponiyaÇinin şimal, mərkəzi və sahilyanı ərazilərinin çox hissəsini işğal etmişdi, lakinHomindan hökumətiÇinin içərilərinə doğru geri çəkilmişdi. Eyni zamanda,Çinin şimal və mərkəzi hissələrininyaponlar tərəfindən nəzarət olunması bir az seyrək idi, belə kiYaponiya adətən dəmiryollarına və əsas şəhərlərə nəzarət edirdi, lakin genişÇin vilayətlərində əsas hərbi və inzibati idarələr yox idi.Yaponlar, cənub-qərbiÇində dağlara çəkilənÇin ordusuna vəkommunistçinlilərin şimali və şərqiÇində formalaşdırdığı partizan hərəkatına qarşı mübarizə aparırdılar.

    Yaponiya, bir neçəkukla dövlətlər qurmuşdu və bunlardan biri dəVanq Cinqveyin rəhbərlik etdiyi hökumət idi, halbukiÇin əhalisinə qarşı zalım siyasətləri bu hökumətlərə hər hansı real güc gətirmədi və bir neçə rəqib hökumətlərÇan Kayşinin rəhbərliyi iləHomindan hökuməti tərəfindən məğlub edildi.Çinlikommunisthomindançı hərbi qüvvələrin düşmən xəttləri arxasında ərazi nəzarəti üçün mübarizələri, 1941-ci ilin yanvarında mühüm hərbi toqquşma ilə əməkdaşlıqlarının bitməsinə səbəb oldu.[3]

    Chongqing şəhəri bombalandıqdan sonra, iyun 1941-ci il

    YaponlarŞanxay,UxanChongqing kimiÇin şəhərlərini bombalamış və 1938-ci ilin fevralından 1943-cü ilin avqustuna qədər 5000-ə yaxın hava reydləri həyata keçirmişdilər.Yaponiyanın intensiv olaraqÇin şəhərlərini bombalaması 260.000–350.934 nəfər dinc insanın ölümünə səbəb olmuşdu.[4][5]

    İstinadlar

    [redaktə |vikimətni redaktə et]
    1. Edward J. Drea,Nomonhan: Japanese-Soviet Tactical Combat, 1939 (2005)
    2. Boyd, Carl.Hitler's Japanese confidant: General Ōshima Hiroshi and MAGIC intelligence, 1941–1945 (1993)
    3. Fairbank, John King; Goldman, Merle.China: A New History. Harvard University Press. 1994. səh. 320.ISBN 0-674-11673-9.
    4. Lind Jennifer M. (2010). "Sorry States: Apologies in International PoliticsArxivləşdirilib 2016-12-09 at theWayback Machine". Cornell University Press, p.28.ISBN 0-8014-7628-3
    5. R.J. Rummel.China's Bloody Century: Genocide and Mass Murder Since 1900.Transaction Publishers. 31 avqust 2007.
    Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İkinci_Çin–Yaponiya_müharibəsi&oldid=7391162"
    Kateqoriyalar:
    Gizli kateqoriya:

    [8]ページ先頭

    ©2009-2026 Movatter.jp