Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İdiopatik xəstəliklər

Vikipediya, azad ensiklopediya

İdiopatik xəstəlik dedikdə səbəbi məlum olmayan hər hansı birxəstəlik nəzərdə tutulur. Terminqədim yunan dilindən ἴδιος (idios) -'öz' və πάθος (pathos)- 'əzab çəkən' sözlərinin birləşməsindən əmələ gəlmişdir və "özünə bənzər xəstəlik" mənasını verir.[1] Bəzən xəstəlik zamanı ilkin səbəb aydın olmur, məsələn, ocaqlı seqmentar qlomeruloskleroz və ya ankilozlaşan spondiloartrit hallarında bu vəziyyətə rast gəlmək olar.[2] Belə hallar idiopatik hesab olunur.Bəzi epilepsiya və insult formalarının idiopatik hallarını sinonim termin olan "kriptogen" ilə də izah etmək olar.[3][4]

Tibbin nailiyyətləri və yenilikləri

[redaktə |vikimətni redaktə et]

Tibb sahəsindəki nailiyyətlərxəstəliklərin səbəbləri və təsnifatını daha yaxşı anlamağa imkan verir. Əsas səbəblər aşkarlandıqca və spontan görünən hadisələrin səbəbləri aydınlaşdırıldıqca idiopatik hesab olunan halların faizi azalır.

Sinonimlərin istifadəsi

[redaktə |vikimətni redaktə et]

«Essential» terminindən «idiopatik» terminin sinonimi kimi də istifadə olunur (Essential hipertoniya, Essential trombositemiya, Essential tremor). «Birinci dəfə» (birinci dəfə baş verən biliar xolangit, birinci dəfə baş verən amenoreya), «ikinci dəfə» kimi terminlərdən də geniş istifadə olunur. Daha az yayılmış sinonim olan «aqnogen»qədim yunan dilindənagno - naməlum vəgen - səbəb) termini tibbi terminologiyada qeyri-müəyyən mənşəyi nəzərdə tutur (aqnogen mieloid metaplaziya).

«Kriptogen» termini (qədim yunan dilindəncrypto - gizli vəgen - səbəb) idiopatik termininə yaxın məna ifadə edir.[5] Bəzi xəstəliklərin təsnifatlarında «kriptogen» terminin istifadəsinə üstünlük verilir. Buna misal olaraq kriptogen insult, kriptogen epilepsiya xəstəliklərini göstərmək olar.[4][3] «Kriptogen» termini xəstəliyin səbəbi sadə olduqda və ya gələcəkdə səbəbinin tapılma ehtimalı yüksək olduqda istifadə olunur.

İdiopatik olan anadangəlmə hallara da rast gəlmək mümkündür. Belə hallarda "idiopatik" termini "anadangəlmə" sözü ilə əvəz olunur. Bu termini isə yalnız dölün neonat dövründə əmələ gələn patofiziologiyaları üçün istifadə etmək olar.

Naməlum sindromlar

[redaktə |vikimətni redaktə et]

«Naməlum sindrom» (ing.syndrome without a name, SWAN) termini, uşaqlarda və ya gənclərdə genetik xəstəliyin olduğu halda, testlər vasitəsilə təsdiqlənə bilmədiyi zaman istifadə olunur. Öyrənmə çətinlikləri olan uşaqların yarısının (50 %) və anadangəlmə qüsurlu uşaqların isə altmış faizinin (60%)xəstəlik səbəblərini müəyyən edən diaqnoz hələ ki elmə məlum deyil.[6][7]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Arxivlənmiş surət.doi:10.1093/acref/9780199557141.001.0001.ISBN 9780199557141.29 iyun 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:15 iyun 2024.
  2. "Focal and segmental glomerulosclerosis". Cell Mol Life Sci. 63 (21): 2506–11. 2006.doi:10.1007/s00018-006-6171-y.PMID 16952054.
  3. 12"Frequently Asked Questions About Epilepsy | CDC". www.cdc.gov(ingilis). 26 oktyabr 2022.16 oktyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 aprel 2023.
  4. 12Ahmad, Y."Patent foramen ovale closure vs. medical therapy for cryptogenic stroke: a meta-analysis of randomized controlled trials". European Heart Journal. 39 (18). 24 mart 2018: 1638–1649.doi:10.1093/eurheartj/ehy121.PMID 29590333.
  5. Источник.11 yanvar 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 aprel 2023.
  6. "What does SWAN or being undiagnosed mean?". Genetic Alliance UK. 22 mart 2017.21 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 aprel 2019.
  7. "Syndromes without a name (SWAN)". Raising Children Network (Australia). 10 yanvar 2017.14 mart 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 aprel 2019.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İdiopatik_xəstəliklər&oldid=8003875"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp