Atlantik və Sakit okeanların şimal hissələrində geniş yayılmışdır. Murmansk yaxınlığında, Ağ dənizdə rast gəlinir. İlk dəfə Xəzər dənizində tikanbalığıkimilər sinfinə daxil olan üçiynəli tikanbalığına 1984-cü ildə təsadüf olunub və bundan sonra az müddət ərzində o, Orta və Cənubi Xəzərdə, həm də Dəvəçi limanında geniş yayılıb.
Çılpaq bədənli, xırda balıqlardır, uzunluğu 5–6, az hallarda 10 sm-ə çatır. Dəvəçi limanında tədqiq olunmuş üçiynəli tikanbalığının uzunluğu 4,5–6,1 sm, kütləsi 1,4–4,3 q olmuşdur. Bel üzgəcinin qarşısında 3 sərbəsttikan vardır. Qarın üzgəcləri də tikan şəklindədir.
Yaşayış yeri Dəvəçi limanı, Orta və Cənubi Xəzərin şərq və qərb sahilləridir. Tikanbalıqları xırdaxərçəngkimilər, həşərat sürfəsi, dibdə yaşayan orqanizmlər və başqa balıqlarınkürü və sürfələri ilə qidalanırlar. Müşahidə yolu ilə müəyyən edilmişdir ki, bir ədəd tikanbalığı 5 saat ərzində uzunluğu 6 mm olan 74 ədədenlibaş balıq körpəsi yemişdir. Üçtikanlı tikanbalığı qısa ömürlüdür, 3–4 il yaşayır.
Bir yaşında cinsi yetişkənliyə çatır. Kürü tökmə aprel ayından iyul ayınadək davam edir. Kürütökmə prosesi olduqca maraqlı keçir.Erkəklər su bitkilərindən xüsusi girişi və çıxışı olan yuva düzəldirlər. Dişi balıqlar öz kürülərini həmin yuvaya tökür və kürüdən sürfələr çıxanadək yuvanı qoruyurlar.