Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
| Tarixi dövlət | |
| Çobanilər | |
|---|---|
Çobanilər,Cəlairilər vəMüzəffərilər (1337–1432) | |
| 1338 — 1357 | |
| Paytaxt | Təbriz |
| Din | İslam |
| İdarəetmə forması | Monarxiya |
| Əmir | |
| • 1338 – 1343 | Kiçik Həsən |
| • 1343 – 1357 | Məlik Əşrəf |
Çobanilər — XIV əsrdə Azərbaycanda və İranda hakimiyyət uğrunda mübarizə aparmış monqol sülaləsi.
Sulduz qəbiləsindən olan Çobanilər AzərbaycanaHülakü xanın yürüşləri zamanı gəlmişdilər vəUrmiya gölü hövzəsində məskunlaşmışdılar.[1]
Əmir Çobanın nəvəsiŞeyx Həsən Çobani (Kiçik Həsən) 1338-ci ildəŞeyx Həsən Cəlairiyə (Böyük Həsənə) qalib gələrək,MəhəmmədOlcaytu xanın qızıSatıbəy xatunuElxani hökmdarı elan etdi və dövləti onun adından idarə etməyə başladı. Şeyx Həsən Çobani 1340-cı ildə Satıbəy xatunu taxtdan uzaqlaşdıraraq,Süleyman adlı başqa şəhzadəni hökmdar elan etdi.[2]
Həsən Çobani 1344-cü ildə öldürüldükdən sonra hakimiyət, faktiki olaraq, onun qardaşıMəlik Əşrəfin əlinə keçdi. Məlik ƏşrəfƏnuşirəvan adlı başqa bir şəxsi hökmdar elan edərək dövləti onun adından idarə etməyə başladı. Məlik ƏşrəfAzərbaycana yürüş etmişQızıl Orda hökmdarıCanıbəyin əmri ilə 1357-ci ildə öldürüldü və bununla da Çobani hakimiyyəti süqut etdi.[2]
Monarx,sülalə və ya onların nümayəndələri haqqında olan bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |