Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Çexiya

Vikipediya, azad ensiklopediya
Çexiya
Česká republika
BayraqGerb[d]
BayraqGerb[d]
çex."Pravda vítězí"
Himn: 
çex.Kde domov můj? (azərb.Mənim evim haradadır?‎)
Rəsmi dilləri
PaytaxtPraqa
İdarəetmə formasıParlament respublikası
PrezidentMiloş Zeman[ 8.III.2013 ]
Baş nazirPetr Fiala[ 28.XI.2021 ]
SahəsiDünyada 117-ci
 • Ümumi78900 km²
 • Su sahəsi (%)2 %
Əhalisi
 • Əhali10,5 milyon nəfər (87-ci)
 • Siyahıyaalma (26.III.2011)10 562 214 nəf.
 • Sıxlıq133 nəf./km²
 • Ümumi250.681.000.000 ± 500.000 $[1]
ÜDM(AQP)
 • Ümumi314,6 milyard dollar  (52-ci)
 • Adambaşına29 900 dollar  (59-cu)
ValyutaÇex kronu[2][3]
İnternet domeni.cz
ISO koduCZ
BOK koduCZE
Telefon kodu+420[4]
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çexiya(çex.Česko) və ya rəsmi adı iləÇex Respublikası (çex.Česká republika) —Mərkəzi Avropada yerləşəndənizə çıxışı olmayan dövlət. TarixənBohemiya[6] kimi tanınan ölkə cənubdaAvstriya, qərbdəAlmaniya, şimal-şərqdəPolşa və cənub-şərqdəSlovakiya ilə həmsərhəddir.[7] Çex Respublikası əsasən mülayimkontinentaldəniz iqlimi olan 78.871 km². (30.452 kv. mil) ərazini əhatə edən dağlıq ölkədir. Paytaxtı və ən böyük şəhəriPraqadır. Digər böyük şəhərlərinəBrno,Ostrava,PlzenLiberets daxildir.

Bohemiya hersoqluğu IX əsrin sonlarındaBöyük Moraviyanın tərkibində qurulmuşdur. Rəsmi şəkildə 1002-ci ildəMüqəddəs Roma imperiyasının imperiya dövləti kimi tanındı və 1198-ci ildəkrallığa çevrildi.[8][9] 1526-cı ildəMohaç döyüşündən sonra Bohemiyanın bütün kral torpaqları tədricənHabsburq monarxiyasına birləşdirildi. Təxminən 100 il sonraprotestantBohemiya üsyanıOtuzillik müharibəyə səbəb oldu.Ağ Dağ döyüşündən sonra Habsburqlar öz hakimiyyətini möhkəmləndirdilər. 1806-cı ildə Müqəddəs Roma imperiyasının dağılması ilə kral torpaqlarıAvstriya imperiyasının bir hissəsi oldu.

Çexiya XIX əsrdə daha çox sənayeləşdi və 1918-ci ildə böyük hissəsiI Dünya müharibəsindən sonraAvstriya-Macarıstanın dağılmasının ardıncaBirinci Çexoslavakiya Respublikasının hissəsi oldu.[10] Çexoslovakiya Mərkəzi və Şərqi Avropada bütün müharibələr arası dövr ərzindəparlamentar demokratiya olaraq qalan yeganə ölkə idi.[11] 1938-ci ildəMünhen sazişindən sonranasist Almaniyası sistemli şəkildə Çexiya torpaqlarına nəzarəti ələ keçirdi.

Çexoslovakiya 1945-ci ildə bərpa olundu və üç il sonra 1948-ci ildədövlət çevrilişinin ardınca ardıncaŞərq blokukommunist dövlətinə çevrildi. Hökuməti və iqtisadiyyatı liberallaşdırmaq cəhdləri 1968-ci ildəPraqa baharı zamanısovet qoşunlarının ölkəyə hücumu ilə yatırıldı. 1989-cu ilin noyabrındaMəxməri inqilab ölkədə kommunist idarəçiliyinə son qoydu vədemokratiyanı bərpa etdi. 31 dekabr 1992-ci ildəÇexoslovakiya sülh yolu ilə dağıldı, onun tərkib hissəsi olan dövlətlər Çexiya və Slovakiya müstəqil dövlətlər oldu.

Çexiyaunitarparlamentli respublika və qabaqcıl, yüksək gəlirlisosial bazar iqtisadiyyatına malikinkişaf etmiş ölkədir. O, Avropa sosial modeli, universal səhiyyə və ödənişsiz universitet təhsili olansosial dövlətdir. Ölkəİnsan İnkişafı İndeksində 32-ci yerdədir. ÇexiyaBMT,NATO,Avropa İttifaqı,İƏİT,ATƏT,Avropa ŞurasıVişeqrad qrupunun üzvüdür.

Etimologiya

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Çexiyanın etimologiyası

Ölkənin ənənəvi adı "Bohemiya" sözünün mənşəyi latın dilindən götürülüb. Belə ki,Boiohaemum "boiilərin evi" (qal qəbiləsi) mənasını verir. Hazırkı adı isə mənşəyini çex dilindəČech sözündün götürüb.[12][13][14] Bu ad slavyan tayfasından (çex.Češi, Čechové) və rəvayətə görə onları Rip dağına məskunlaşmaq üçün Bohemiyaya gətirən liderləri Çexdən yaranıb.[15]

Ölkə ənənəvi olaraq qərbdə Bohemiya (Čechy), şərqdə Moraviya (Morava) və şimal-şərqdə Çex Sileziya (Slezsko; tarixi Sileziya ərazisinin daha kiçik cənub-şərq hissəsi) olmaqla üç fərqli hissədə müxtəlif adlanır.[16] XIV əsrdən bəri Bohemiya krallığının əraziləri kimi tanınan ölkəni Çex/Bohemiya əraziləri, Bohemiya krallığı, Çexiya[17] və Müqəddəs Venkeslaus krallığı əraziləri kimi bir sıra adlarla adlandırıblar. Astriya-Macarıstan imperiyasının 1918-ci ildə süqutundan sonra ölkə müstəqilliyini yenidən qazananda çex və slovak millətlərinin vahid ölkə daxilində birləşməsini göstərmək üçün yeniÇexoslovakiya adı yaradıldı.[18]

Çexoslovakiya 1992-ci ildə parçalandıqdan sonraČesko yeni dövlətin çex dilində qısa adı kimi qəbul edildi vəÇexiya Xarici İşlər Nazirliyi ingiliscə forması üçünÇexiya adını təklif etdi.[19] Bu forma o dövrdə geniş yayılmadı, beləcə demək olar ki, hər yerdə ingiliscə ad kimi Çex Respublikası uzun adından istifadə edildi. Çexiya hökuməti 2016-cı ildə Çexiyanın rəsmi ingiliscə qısa adı kimi istifadə edilməsinə qərar vermişdir.[20] Qısa adBMT tərəfindən siyahıya alınmışdır[21]Avropa İttifaqı,[22]NATO,[23]Mərkəzi Kəşfiyyat İdarəsi,[24]Google Maps[25]Avropa Yayım İttifaqı[26] kimi digər qurumlar tərəfindən istifadə edilir.

Tarix

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Çexiya tarixi

İbtidai dövr

[redaktə |vikimətni redaktə et]
Keramika heykəltəraşlığı
Daş heykəl
Sol:Vestonis Venerası e.ə. 29.000-25.000-ə aiddir.
Sağ: Keltlərin daş başı Praqa Milli Muzeyinin arxeoloji kolleksiyaları arasındadır.[27]

Arxeoloqlar ərazidə paleolit dövrünə qədər gedib çatan ibtidai dövrə aid insan məskənlərinə dair qalıqlar tapıblar.

Antik dövrdə e.ə. III əsrdə baş vermişkeltlərin köçlərinin nəticəsində Bohemiyaboii tayfaları ilə əlaqələndirilir.[28] Boiilər müasir Praqanın yerləşdiyi ərazinin yaxınlığındaoppidum qurdular.[29] Daha sonra I əsrdə german tayfaları olanmarkomannilərkvadlar burada məskunlaşdı.[30]

Qara dəniz-Karpat ərazisindən gələnslavyanlar ərazidə məskunlaşdı.[31][32] VI əsrdə hunlar qərbə Bohemiya, Moraviya və müasir Avstriya və Almaniyanın bir hissəsinə doğru irəliləmişdi.[32]

VII əsrdə frank tacirSamo yaxınlıqdakıavarlara qarşı döyüşən slavyanları dəstəkləyərək[33] Mərkəzi Avropada qeydə alınmış ilk slavyan dövləti olanSamo dövlətinin hökmdarı oldu.Moymir sülaləsinin idarə etdiyiBöyük Moraviya hersoqluğu VIII əsrdə yarandı.[34] IX əsrdə (I Svatoplukun dövründə) frankların hücumlarına qarşı gələrək yüksəliş yaşadı. Böyük MoraviyaBizans missiyasıKiril və Mefodinin rolu ilə xristianlaşdırıldı. Slavaynlar ilk ədəbi və ayin dili olanqədim slavyan diliniqlaqolitsa yazısını kodlaşdırdılar.[35]

Bohemiya

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Bohemiya
Müqəddəs Roma imperiyasının tərkibindəkiBohemiya tacı torpaqları (1600-cü il). Çex torpaqları 1002–1806-cı illərdə imperiyanın bir hissəsi idi, Praqa isə 1346–1437-ci və 1583–1611-ci illərdə imperiyanın mərkəzi olmuşdur.

Bohemiya hersoqluğu IX əsrin sonlarındaPrjemıslovlar tərəfindən birləşdiriləndə yaranmışdır. Bohemiya 1002–1806-cı illərdəMüqəddəs Roma imperiyasının imperiya dövləti idi.[36]

Alman köçəriləri XIII əsrdə Bohemiyanın ətrafında yerləşdi.[37][38] Avropanı işğal edən monqollar Moraviyaya gəldilər, lakin Olomoukda məğlub oldular.[39]

Bir sıra sülalə müharibələrindən sonra Lüksemburq sülaləsi Bohemiyanı ələ keçirdi.[40]

Bohemiyada kilsə islahatlarına cəhdlər XIV əsrin sonlarında başlamışdı. Yan Husun davamçıları Roma kilsəsini bəzi praktikalardan uzaqlaşdırmış və Husçular hərəkatında (1419–1434) Siqismundun onlara qarşı başlatdığı beş xaç yürüşünü məğlub etmişdir. Növbəti iki əsr müddətində Bohemiya və Moraviya əhalisinin 90%-i husçu qəbul edildi. Pasifist mütəfəkkir Petr Jelçiski Roma Katolik kilsəsindən tamamilə ayrılan Moraviyalı qardaşlar hərəkatının (XV əsrin ortalarında) ilham mənbəyi olmuşdur.[41]

Painting of battle between mounted knights
Husçular hərəkatı zamanı husçularlasəlibçilər arasında döyüş; Jena kodeksi, XV əsr.

21 dekabr 1421-ci ildə uğurlu hərbi komandir və muzdlu əsgər olan Yan Jijka Kutna-Hora müharibəsində bir qrup qüvvəyə rəhbərlik etmiş və müharibə husçuların qalibiyyəti ilə bitmişdir. Jijka hazırda da milli qəhrəman kimi xatırlanır.

Bohemiya 1526–1627-ci illərdən sonra getdikcə Habsburqların qatı hakimiyyəti altına düşdü. Praqa 1583–1611-ci illərdə Müqəddəs Roma imperatoru II Rudolf və sarayının rəsmi mərkəzi idi.

Praqanın müdafiəsi və ardınca 1618-ci ildə Habsburqlara qarşı başlayan üsyan Otuzillik müharibənin başlanğıcı oldu. 1620-ci ildə Bohemiyadakı üsyan Ağ Dağ döyüşündə yatırıldı. Bohemiya üsyanının liderlərki 1621-ci ildə edam edildi. Zadəganlar və orta təbəqənin protestant nümayəndələri ya katolik olmalı, ya da ölkəni tərk etməli idilər.[42]

1620-ci ildən XVIII əsrin sonlarına qədər davam edən dövr "Qaranlıq dövr" kimi tanınır. Otuzillik müharibədə çex protestantların ölkədən çıxarılması ilə birlikdə müharibə, xəstəlik və aclıq səbəbi ilə çex ərazilərinin əhalisi üçdə bir nisbətində azaldı.[43] Habsburqlar katoliklik xaric bütün xristian məzhəblərini qadağan etdi.[44] Osmanlı türkləri və tatarlar 1663-cü ildə Moraviyanı işğal etdi.[45] 1679–1680-ci illərdə çex əraziləri Böyük Vyana vəbası və təhkimçilik üsyanları ilə qarşı-qarşıya qaldı.[46]

1618-ci ildəPraqanın defenstrasiyasıHabsburqlara qarşıBohemiya üsyanının başlanğıcına və buna görə dəOtuzillik müharibənin birinci mərhələsinə səbəb oldu.

Aclıq səbəbi ilə kəndlilər üsyanlar etdilər.[47] 1781–1848-ci illər aralığında təhkimçilik ləğv edilmişdi. Napoleon müharibələrinin bir neçə döyüşü hazırkı Çexiyanın ərazilərində baş tutmuşdu.

Müqəddəs Roma imperiyasının 1806-cı ildə süqut etməsi Bohemiyanın siyasi statusunun geriləməsinə yol açmışdı. Bohemiya Müqəddəs Roma imperiyasının seçki bölgəsi mövqeyini və siyasi təmsilini itirmişdi.[48] Bohemiya əraziləri Avstriya imperiyasının tərkibinə qatılmışdı. XVIII–XIX əsrlərdə çex dili, mədəniyyəti və milli kimliyini yenidən canlandırmaq üçün Çex milli oyanışı yüksəlməyə başladı. Avstriya imperiyasının daxilində liberal islahatlar cə Bohemiya krallığının muxtariyyəti üçün çalışan Praqadakı1848-ci il inqilabı yatırıldı.[49]

Bohemiyada müəyyən güzəştlərin ediləcəyi güman edilirdi, lakin sonda imperatorI Frans İosif sadəcə Macarıstan ilə razılaşma əldə etdi.Avstriya-Macarıstanın 1867-ci il müqaviləsi və Frans İosifin Bohemiya kralı olaraq taxta oturmaması bəzi çex siyasətçilərinin ümidlərini puça çıxartdı.[49] Bohemiya kral əraziləriSisleytaniya adlandırılan bölgənin bir hissəsi oldu.

Çex sosial-demokrat və mütərəqqi siyasətçiləriümumi seçki hüququ uğrunda mübarizəyə başladılar. Kişilərin ümumi seçki hüququ ilə ilk seçkilər 1907-ci ildə keçirilmişdir.[50]

Çexoslovakiya

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Çexoslovakiya
Birinci Çexoslovakiya Respublikası keçmiş Avstriya-Macarıstan əhalisinin 27%-ni və sənayenin təxminən 80%-ni təşkil edirdi.[51]

1918-ci ildə Birinci Dünya müharibəsinin sonunda Habsburq monarxiyasının dağılması zamanı qalib gələn Antanta dövlətlərinə qoşulan müstəqilÇexoslovakiya RespublikasıTomaş Masarikin başçılığı ilə quruldu.[52] Bu yeni ölkə Bohemiya tacını özündə birləşdirdi.[53]

Birinci Çexoslovakiya Respulikası keçmiş Avstriya-Macarıstan əhalisinin sadəcə 27%-ni təşkil edirdi, ancaq sənayenin təxminən 80%-ni təşkil edirdi. Bu da onun qərbin sənaye dövlətləri ilə rəqabətə girməsinə şərait yaradırdı.[51] 1929-cu ildə 1913-cü illə müqayisədə Ümumi Daxili Məhsul 52%, sənaye istehsalı isə 41% artmışdı. Çexoslovakiya 1938-ci ildə dünya üzrə sənaye istehsalında 10-cu yerdə idi.[54] Çexoslovakiya Mərkəzi və Şərqi Avropada iki müharibə aralığında liberal demokratiya olaraq qalan tək ölkə idi.[55] Birinci Çexoslovakiya Respublikasının unitar dövlət olmasına baxmayaraq, başda almanlar (1921-ci ildə 23,6%), macarlar (5,6%) və ukraynalılar (3,5%) olmaqla azlıqlara müəyyən hüquqlar vermişdir.[56]

1968-ci ildəVarşava Müqaviləsi üzvlərinin Çexoslovakiyaya hücumu zamanı Praqa.

Qərbi Çexoslovakiya bölgənin çoxunuBohemiya və Moraviya protektoratına qatannasist Almaniyası tərəfindən işğal edildi. Protektoratlıq Üçüncü Reyxin bir hissəsi kimi elan edildi və prezident ilə baş nazir nasist Almaniyasınınreyxprotektoruna birləşdirildi. Praqanın şimalındakıTerezindənasist həbs düşərgəsi var idi. Protektoratlıqdakı yəhudilərin çox hissəsi nasistlərin idarə etdiyi həbs düşərgələrində öldürülmüşdür. NasistGeneralplan Ost alman xalqı üçün daha çox ərazi əldə etmək səbəbi ilə çexlərin çoxunu və yaxud hamısını öldürməyi, didərgin salmağı, almanlaşdırmağı və ya kölələşdirməyi hədəfləyirdi.[57] Alman işğalı 9 may 1945-ci ildə sovet və amerikan ordularının gəlişi vəPraqa üsyanı ilə sona çatdı.[58] Çexoslovakiyada alman dilində danışanların çoxu ölkədən məcburi surətdə çıxardıldı.[59]

1946-cı ilparlament seçkilərindəKommunist Partiyası 38% səs toplayaraq[60] Çexoslovakiya Parlamentindəki ən böyük partiyaya çevrildi. O digər partiyalar ilə koalisiya qurdu və hakimiyyətini gücləndirdi.1948-ci ildə dövlət çevrilişi baş verdi və birpartiyalı hökumət quruldu. Növbəti 41 il ərzində Çexoslovak kommunist dövlətiŞərq blokunun iqtisadi və siyasi xüsusiyyətlərinə uyğunlaşdı.[61]Praqa baharı siyasi liberallaşması1968-ci il Varşava paktının Çexoslovakiyanın işğalı ilə dayandırıldı. Analitiklər bu işğalın kommunist hərəkatının dağılmasına və nəticəsində 1989-cu il inqilabına səbəb olduğuna inanır.

Çex Respublikası

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Məxməri inqilabÇexoslovakiyanın süqutu
Vatslav Havel XX əsrdə Çexiya tarixinin ən mühüm simalarından biri.Məxməri inqilabın lideri,Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti.

Çexoslovakiya 1989-cu ilin noyabrında Məxməri inqilab ilə yenidən liberal demokratiyaya keçid etdi. Lakin slovak milli istəkləri gücləndi (Hypen müharibəsi) və 31 dekabr 1992-ci ildə ölkə sülh yolu ilə müstəqil Çexiya və Slovakiya ölkələrinə ayrıldı. Hər iki ölkə də bazar iqtisadiyyatı yaratmaq səbəbi ilə iqtisadi islahatlar və özəlləşdirmələr keçirdi. Bu proses böyük ölçüdə uğurlu oldu. 2006-cı ildə Dünya Bankı Çexiyanı "inkişaf etmiş ölkə" kimi qəbul etdi[62] və 2009-cu ildə İnsan İnkişafı İndeksi Çexiyanı "çox yüksək insan inkişafı" səviyyəsinə sahib ölkə kimi qiymətləndirdi.[63]

Çexiya 1991-ci ildən etibarən Çexoslovakiyanın bir hissəsi kimi və 1993-cü ildən etibarən müstəqil şəkildə Vişeqrad qrupunun və 1995-ci ildən etibarən də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvüdür. Çexiya 12 mart 1999-cu ildə NATO-ya və 1 may 2004-cü ildə Avropa İttifaqına qoşulmuşdur. Çexiya 21 dekabr 2007-ci ildə Şengen bölgəsinə qatılmışdır.[64]

Çexiya hökumətlərini 2017-ci ilə qədər ya sol mərkəzçiÇexiya Sosial Demokrat Partiyası (SDP), ya da sağ mərkəzçiVətəndaş Demokratik Partiyası (VDP) idarə etmişdir. 2017-ci ilin oktyabrında ölkənin ən varlı ikinci adamıAndrey Babişin başlatdığı populist hərəkatANO 2011 ən yaxın rəqibi olan VDP-dən üç dəfə daha çox səs toplayaraqseçkilərdə qalib gəldi.[65] 2017-ci ilin dekabrında Çexiyanın PrezidentiMiloş Zeman Andrey Babişi baş nazir vəzifəsinə təyin etdi.[66]

2021-ci il seçkilərində ANO 2011 az fərqlə məğlub oldu vəPetr Fiala yeni baş nazir oldu.[67] 2023-cü ilin yanvarında təqaüdçü generalPetr Pavelprezident seçkilərində qalib gələrək Miloş Zemanın yerinə yeni prezident oldu.[68] 2022-ci ildəRusiyanın Ukraynaya hücumundan sonra ölkə yarım milyon ukraynalı qaçqını qəbul etdi ki, bu da dünyada adambaşına düşən ən böyük rəqəmdir.[69][70]

Çexiya 2002 və 2022-ci illərdə, hər biri altı ay olmaqlaAvropa İttifaqı Şurasının Şədr ölkəsi olmuşdur.

Coğrafiya

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Çexiya coğrafiyası
Çexiyanın topoqrafik xəritəsi

Çexiya əsasən 48° və 51° Ş. enlikləri və 12° və 19° Ş. uzunluqları arasında yerləşir.

Bohemiya qərbdəElba (çex.Labe) vəVltava çayları tərəfindən qurudulmuş hövzədən ibarətdir, əsasən alçaq dağlarla, məsələn,Sudet dağınınKrkonoşe silsiləsi ilə əhatə olunmuşdur. Ölkənin ən yüksək nöqtəsi 1.603 m (5.259 fut) olanSnejka dağı burada yerləşir. Ölkənin şərq hissəsi olan Moraviya da dağlıqdır.

Çex Respublikasından su üç fərqli dənizə axır:Şimal dənizinə,Baltik dənizinəQara dənizə. Çexiya həmçininVersal sülh müqaviləsinin 363-cü maddəsi ilə Çexoslovakiyaya verilmişHamburq limanlarının ortasında yerləşən 30.000 kvadratmetr (7.4 akr) ərazisi olanMoldauhafen ərazisini dənizə çıxışı olmayan ölkəyə icarəyə verir. Ərazi 2028-ci ildə Almaniyaya qaytarılacaq.

Ümumdünya Təbiəti Mühafizə Fondunun məlumatına görə, Çexiya ərazisi dördekoregiona bölünə bilər: Qərbi Avropa enliyarpaqlı meşələri, Mərkəzi Avropa qarışıq meşələri, Pannoniya qarışıq meşələri və Karpat dağ iynəyarpaqlı meşələri.[71]

Çexiyada dördmilli park var. Ən qədimiKrkonoşe Milli Parkı (Biosfer rezervi), digərləri isəŞumava Milli Parkı (Biosfer rezervi),Podiyi Milli ParkıBohemiya İsveçrəsidir.

İqlim

[redaktə |vikimətni redaktə et]
0 °C izotermindən istifadə edərək ÇexiyanınKöppen iqlim təsnifatı növləri Rütubətli kontinental iqlim Subarktika iqlimi
−3 °C izotermindən istifadə edərək Çexiyanın Köppen iqlim təsnifatı növləri Rütubətli kontinental iqlim Dəniz iqlimi Subarktika iqlimi

Çexiya okean və kontinental iqlim tipləri arasında keçid zonasında yerləşən mülayim iqlimə malikdir, yayı isti, qışı isə soyuq, buludlu və qarlı olur. Yay və qış arasındakı temperatur fərqi dənizə çıxışı olmayan coğrafi mövqe ilə əlaqədardır.[72]

Temperaturlar hündürlükdən asılı olaraq dəyişir. Ümumiyyətlə, yüksək hündürlüklərdə temperatur azalır və yağıntılar artır. Çexiyadakı ən rütubətli əraziYizera dağlarında Bílý Potok ətrafında, ən quraq bölgə isə Praqanın şimal-qərbindəkiLouni rayonudur.

Snejkanın ən yüksək zirvəsində (1.603 m) orta temperatur −0,4 °C (31 °F),Yihomoravsk diyarının düzənliklərində isə orta temperatur 10 °C (50 °F) qədər yüksəkdir. Ölkənin paytaxtı Praqada da oxşar orta temperatur var, baxmayaraq ki, buna şəhər faktorları təsir edir.

Ən soyuq ay adətən yanvar, ardınca fevral və dekabr aylarıdır. Bu aylarda dağlarda, bəzən isə şəhər və aran rayonlarında qar yağır. Mart, aprel və may aylarında temperatur adətən yüksəlir, xüsusən aprel ayında, temperatur və hava gün ərzində dəyişməyə meyilli olur. Yaz fəsli həm də qarın əriməsi səbəbindən çaylarda suyun səviyyəsinin artması ilə xarakterizə olunur.

İlin ən isti ayı iyul, sonra avqust və iyun aylarıdır. Orta hesabla, yay temperaturu qışdan təxminən 20–30 °C (36–54 °F) yüksəkdir. Yay həm də yağış və tufanlarla xarakterizə olunur.

Payız ümumiyyətlə hələ isti və quru olan sentyabr ayında başlayır. Oktyabr ayında temperatur adətən 15 °C (59 °F) və ya 10 °C (50 °F) aşağı düşür və yarpaqlı ağaclar yarpaqlarını tökməyə başlayır. Noyabrın sonunda temperatur adətən donma nöqtəsi ətrafında dəyişir.

İndiyə qədər ölçülən ən soyuq temperatur 1929-cu ildəÇeske-Budeyovise yaxınlığındakıLitvinovisdə −42.2 °C (−44.0 °F) ilə, ən isti isə 2012-ci ildəDobrjixovis 40,4 °C (104.7 °F) olmuşdur.[73]

Ən çox yağış yay aylarında düşür. Sporadik yağıntılar il boyu olur (Praqada ayda ən azı 0,1 mm). Yağış yağan günlərin orta sayı sentyabr və oktyabrda 12-dən noyabrda 16-ya qədər dəyişir, lakin konsentrat yağıntı (10 mm-dən çox olan günlər) may-avqust aylarında (orta hesabla ayda iki belə gün) daha tez-tez olur.[74][75][76]

Ətraf mühit, ekologiya

[redaktə |vikimətni redaktə et]
Həmçinin bax:Çexiyanın qorunan əraziləri

2020-ci ildən bəri ÇexiyaƏtraf Mühit Performansı İndeksində dünyada ekoloji cəhətdən ən şüurlu 21-ci ölkə kimi yer alır.[77]2018-ci ildəMeşə Landşaftının Dürüstlük İndeksində 1,71/10 orta hesabla 172 ölkə arasında 160-cı yerdə qərarlaşıb.[78] Çexiyada dörd milli park (Şumava Milli Parkı,Krkonoşe Milli Parkı,Bohemiya İsveçrəsi,Podiyi Milli Parkı) və 25 qorunan landşaft ərazisi var.

Əhali

[redaktə |vikimətni redaktə et]

Demoqrafiya

[redaktə |vikimətni redaktə et]

Dili

[redaktə |vikimətni redaktə et]

Dini

[redaktə |vikimətni redaktə et]

Milli tərkibi

[redaktə |vikimətni redaktə et]

Elm, təhsil, mədəniyyət

[redaktə |vikimətni redaktə et]

Elm

[redaktə |vikimətni redaktə et]

Təhsil

[redaktə |vikimətni redaktə et]

Universitetlər

[redaktə |vikimətni redaktə et]

Mədəniyyət

[redaktə |vikimətni redaktə et]

İqtisadiyyat

[redaktə |vikimətni redaktə et]

Çexiya industrial ölkədir. İqtisadiyyatın əsas sahələri yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya, yüngül və yeyinti sənayeləridir.

Sənaye

[redaktə |vikimətni redaktə et]

Bütün postkommunist ölkələri içərisində Çexiya ən stabil və uğurlu iqtisadiyyat sisteminə malik ölkələrdən biridir. Onun iqtisadiyyatının əsasını sənaye (maşınqayırma, elektrotexnika və elektronika, kimya, yeyinti sənayesi, qara metallurgiya) və qulluq sahəsi təşkil edir.

Kənd və meşə təsərrüfatı, həmçinin dağ-mədən sənayesinin həcmi nəzərəçarpacaq deyil və azalmaqda davam edir.

Maliyyə, bank sektoru

[redaktə |vikimətni redaktə et]

İdman

[redaktə |vikimətni redaktə et]

Çexiya da ən populyar idman növlərifutbolbuz üzərində hokkeydir. Əsasən də buz üzərində hokkey də Çexiya böyük ənənələrə malikdir və dünya liderlərindən biridir. Futbol üzrə Çexiya yığması (1996-cı il Avropa cempionatında 2-ci yer və2004-cü il Avropa çempionatının yarimfinalçısı) və hokkey üzrə Çexiya yiğması (altıqat dünya çempionu) bütün dünyada məşhurdur.

Təşkilatlar

[redaktə |vikimətni redaktə et]

Siyasi partiyalar

[redaktə |vikimətni redaktə et]

Həmkarlar ittifaqları

[redaktə |vikimətni redaktə et]

Digər təskilarlar

[redaktə |vikimətni redaktə et]

Dövlət quruluşu

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Çexiya hökumətiÇexiyanın dövlət quruluşu

Hüquq

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Çexiyada hüquq sistemi,Çexiyada məhkəmə sistemi, vəÇexiyada hüquq-mühafizə orqanları

Xarici siyasət

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Çexiyanın xarici siyasəti
Həmçinin bax:Xarici İşlər Nazirliyi (Çexiya)

Ordu

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Çexiya Ordusu

İnsan hüquqları

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Çexiyada insan hüquqları

İnzibati idarəetmə quruluşu

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Çexiyanın regionlarıÇexiyanın rayonları

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?end=2019&locations=CZ&start=1990&view=chart.
  2. zákon č. 60/1993 Sb. o oddělení měny.
  3. nařízení vlády č. 61/1993 Sb. k provedení zákona o oddělení měny.
  4. National Numbering Plans.Beynəlxalq telekomunikasiya ittifaqı.
  5. http://chartsbin.com/view/edr.
  6. Šitler, Jiří."From Bohemia to Czechia". Czech Radio. 12 iyul 2016.16 oktyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 iyun 2021.
  7. "Information about the Czech Republic". Çexiya Xarici İşlər Nazirliyi.3 aprel 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 mart 2016.
  8. Mlsna, Petr; Šlehofer, F.; Urban, D."The Path of Czech Constitutionality"(PDF). 1st edition(çex və ingilis). Praha: Úřad Vlády České Republiky (The Office of the Government of the Czech Republic). 2010. 10–11.16 yanvar 2013 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:31 oktyabr 2012.
  9. Čumlivski, Denko."800 let Zlaté buly sicilské"(çex). National Archives of the Czech Republic (Národní Archiv České Republiky). 2012.28 noyabr 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:31 oktyabr 2012.
  10. Dijk, Ruud van; Gray, William Glenn; Savranskaya, Svetlana; Suri, Jeremi; Zhai, Qiang.Encyclopedia of the Cold War. Routledge. 2013. səh. 76.ISBN 978-1135923112.22 noyabr 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 dekabr 2017.
  11. Timothy Garton AshThe Uses of Adversity Granta Books, 1991ISBN 0-14-014038-7 p. 60
  12. "Czech definition and meaning".Collins English Dictionary.Collins.16 yanvar 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:19 noyabr 2012.
  13. "Czech".American Heritage Dictionary.Houghton Mifflin Harcourt.4 mart 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:24 yanvar 2018.
  14. "Czech – Definition in English". Oxford Dictionaries. Oxford University Press.12 aprel 2018 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:11 aprel 2018.
  15. Spal, Jaromír."Původ jména Čech". Naše řeč.9 dekabr 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 dekabr 2012.
  16. Sviták, Zbyněk."Úvod do historické topografie českých zemí: Územní vývoj českých zemí"(PDF). 1st edition(çex). Brno. 2014. 75–80, 82, 92–96.9 dekabr 2017 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:23 iyun 2021.
  17. "From Bohemia to Czechia – Radio Prague". 12 iyul 2016.9 mart 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:11 fevral 2018.
  18. Thompson, Wayne C.Nordic, Central and Southeastern Europe 2012. Stryker Post. 2012. 345–.ISBN 978-1-61048-892-1.
  19. "Czechia – the civic initiative". www.czechia-initiative.com.7 aprel 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:11 yanvar 2022.
  20. "Vláda schválila doplnení jednoslovného názvu Cesko v cizích jazycích do databází OSN" [The government has approved the addition of one-word Czech name in foreign languages to UN databases]. Ministerstvo zahraničních věcí České republiky(çex). 5 may 2016.28 avqust 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 avqust 2018.
  21. UNGEGN."UNGEGN List of Country Names"(PDF). səh. 27.25 iyul 2018 tarixindəarxivləşdirilib(PDF).
  22. European Union."Czechia". European Union. 5 iyul 2016.25 dekabr 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:31 may 2021.
  23. NATO."Member countries". NATO.9 iyun 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 oktyabr 2022.
  24. Şablon:Cite CIA World Factbook
  25. "Czechia: mapping progress one year on". Radio Prague International. 8 iyun 2017.2 iyun 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:31 may 2021.
  26. "Our Members". European Broadcasting Union. 17 fevral 2023.19 oktyabr 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 may 2023.
  27. "Top items – Head of a Celt". Muzeum 3000.21 dekabr 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:6 mart 2024.
  28. Rankin, David.Celts and the Classical World. Routledge. 2002. səh. 16.ISBN 978-1-134-74722-1.
  29. Kartografie Praha (Firm).Praha, plán města. Kartografie Praha. 1997. səh. 17.ISBN 978-80-7011-468-1.
  30. Vasco La Salvia.Iron Making During the Migration Period: The Case of the Lombards. Archaeopress. 2007. səh. 43.ISBN 978-1-4073-0159-4.
  31. Hugh LeCaine Agnew.The Czechs and the Lands of the Bohemian Crown. Hoover Press. 2004. səh. 37.ISBN 978-0-8179-4492-6.
  32. 12Hahn, Sylvia; Nadel, Stanley.Asian Migrants in Europe: Transcultural Connections. V&R unipress GmbH. 2014. 7–8.ISBN 978-3-8471-0254-0.
  33. Bartl, Július; Škvarna, Dušan.Slovak History: Chronology & Lexicon. Bolchazy-Carducci Publishers. 2002. səh. 18.ISBN 978-0-86516-444-4.
  34. Champion, Tim.Centre and Periphery: Comparative Studies in Archaeology. Routledge. 2005. səh. 233.ISBN 978-1-134-80679-9.
  35. Benedetto, Robert; Duke, James O.The New Westminster Dictionary of Church History: The early, medieval, and Reformation eras. Westminster John Knox Press. 2008. səh. 474.ISBN 978-0-664-22416-5.
  36. Pánek, Jaroslav; Tůma, Oldřich.A History of the Czech Lands. Charles University in Prague, Karolinum Press. 2019. səh. 76.ISBN 978-80-246-2227-9.
  37. Pánek, Jaroslav; Tůma, Oldřich.A History of the Czech Lands. Charles University in Prague, Karolinum Press. 2019. səh. 237.ISBN 978-80-246-2227-9.
  38. Pánek, Jaroslav; Tůma, Oldřich.A History of the Czech Lands. Charles University in Prague, Karolinum Press. 2019. səh. 111.ISBN 978-80-246-2227-9.
  39. Grousset, René.The Empire of the Steppes.Rutgers University Press. 1970. səh. 266.ISBN 978-0-8135-1304-1.İstifadə tarixi:26 avqust 2017.
  40. "Václav II. český král". panovnici.cz.7 sentyabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:31 oktyabr 2011.
  41. "Mentor and precursor of the Reformation".4 aprel 2016 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:29 aprel 2016.
  42. "Protestantism in Bohemia and Moravia (Czech Republic)". Virtual Museum of Protestantism.15 oktyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 may 2015.
  43. Oskar Krejčí, Martin C. Styan, Ústav politických vied SAV. (2005).Geopolitics of the Central European region: the view from Prague and Bratislava. p.293.ISBN 80-224-0852-2
  44. "RP's History Online – Habsburgs". Archiv.radio.cz.17 iyul 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:25 aprel 2010.
  45. "History of the Mongols from the 9th to the 19th Century. Part 2. The So-Called Tartars of Russia and Central Asia. Division 1". Henry Hoyle Howorth. p.557.ISBN 1-4021-7772-0
  46. "The new Cambridge modern history: The ascendancy of France, 1648–88". Francis Ludwig Carsten (1979). p.494.ISBN 0-521-04544-4
  47. "The Cambridge economic history of Europe: The economic organization of early modern Europe". E. E. Rich, C. H. Wilson, M. M. Postan (1977). p.614.ISBN 0-521-08710-4
  48. Hlavačka, Milan."Formování moderního českého národa 1815–1914". Historický Obzor(çex). 20 (9/10). 2009: 195.
  49. 12Cole, Laurence; Unowsky, David (redaktorlar ).The Limits of Loyalty: Imperial Symbolism, Popular Allegiances, and State Patriotism in the Late Habsburg Monarchy(PDF). New York, Oxford: Berghahn Books.25 may 2015 tarixindəorijinalından(PDF) arxivləşdirilib.İstifadə tarixi:24 may 2015.
  50. "Františka Plamínková: the feminist suffragette who ensured Czechoslovakia's Constitution of 1920 lived up to the principle of equality". Radio Prague International. 29 fevral 2020.8 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 yanvar 2021.
  51. 12Stephen J. Lee.Aspects of European History 1789–1980. Page 107. Chapter "Austria-Hungary and the successor states".Routledge. 28 January 2008.
  52. Preclík, Vratislav. Masaryk a legie (Masaryk and legions), váz. kniha, 219 pages, first issue – vydalo nakladatelství Paris Karviná, Žižkova 2379 (734 01 Karviná, Czech Republic) ve spolupráci s Masarykovým demokratickým hnutím (Masaryk Democratic Movement, Prague), 2019,ISBN 978-80-87173-47-3, pages 22–81, 85–86, 111–112, 124–125, 128, 129, 132, 140–148, 184–209.
  53. "Tab. 3 Národnost československých státních příslušníků podle žup a zemí k 15 February 1921"(PDF)(çex).Czech Statistical Office.5 iyun 2007 tarixindəorijinalından(PDF) arxivləşdirilib.İstifadə tarixi:2 iyun 2007.
  54. "Ekonomika ČSSR v letech padesátých a šedesátých". Blisty.cz. 21 avqust 1968.7 iyul 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 may 2014.
  55. Dijk, Ruud van; Gray, William Glenn; Savranskaya, Svetlana; Suri, Jeremi; Zhai, Qiang.Encyclopedia of the Cold War. Routledge. 2013. səh. 76.ISBN 978-1135923112.22 noyabr 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 dekabr 2017.
  56. Rothenbacher, Franz.The European Population 1850–1945. Palgrave Macmillan, London. 2002. səh. 145.ISBN 978-1-349-65611-0.
  57. Chad Bryant (2009)Prague in Black: Nazi Rule and Czech Nationalism (Harvard University Press, 2009), pp 104–178.Snyder, Timothy (2010).Bloodlands: Europe Between Hitler and Stalin. Basic Books. p. 160.ISBN 0465002390
  58. "A Companion to Russian HistoryArxivləşdirilib 6 sentyabr 2015 at theWayback Machine". Abbott Gleason (2009). Wiley-Blackwell. p.409.ISBN 1-4051-3560-3
  59. Chad Bryant (2009)Prague in Black: Nazi Rule and Czech Nationalism (Harvard University Press, 2009), 208–252.
  60. F. Čapka:Dějiny zemí Koruny české v datechArxiv surəti 20 iyun 2008 tarixindənWayback Machine saytındaArxivləşdirilib 20 iyun 2008 at theWayback Machine. XII. Od lidově demokratického po socialistické Československo – pokračování. Libri.cz  (çeş.)
  61. "Czech schools revisit communism".4 avqust 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 sentyabr 2014.
  62. Velinger, Jan."World Bank Marks Czech Republic's Graduation to 'Developed' Status". Radio Prague. 28 fevral 2006.12 yanvar 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 yanvar 2007.
  63. "Human Development Report 2009"(PDF). UNDP.org. yanvar 2009.22 noyabr 2009 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:25 aprel 2010.
  64. "EU, NATO, Schengen and Eurozone member states in Europe". 13 oktyabr 2018.2 noyabr 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 mart 2024.
  65. "Czech election: Billionaire Babis wins by large margin". BBC News. 21 oktyabr 2017.18 dekabr 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 mart 2024.
  66. "Czech billionaire Andrej Babis named new prime minister".Deutsche Welle. 6 dekabr 2017.4 fevral 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 mart 2024.
  67. "Czech Republic: Petr Fiala named new prime minister". DW.COM. 28 noyabr 2021.22 fevral 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 mart 2024.
  68. "Retired general Petr Pavel wins election to become Czech president". euronews. 28 yanvar 2023.27 mart 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 mart 2024.
  69. "Regional Refugee Response Plan for the Ukraine Situation – Inter-Agency Operational Update: Czech Republic, July – October 2022". reliefweb. UN Office for the Coordination of Humanitarian Affairs. 17 noyabr 2022.2 mart 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 fevral 2023.
  70. Field, Matt."Ukraine is fighting on behalf of all democracies". GOV.UK. British Embassy Prague.24 fevral 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 fevral 2023.
  71. Dinerstein, Eric; Olson, David; Joshi, Anup; Vynne, Carly; Burgess, Neil D.; Wikramanayake, Eric; Hahn, Nathan; Palminteri, Suzanne; Hedao, Prashant; Noss, Reed; Hansen, Matt; Locke, Harvey; Ellis, Erle C; Jones, Benjamin; Barber, Charles Victor; Hayes, Randy; Kormos, Cyril; Martin, Vance; Crist, Eileen; Sechrest, Wes; Price, Lori; Baillie, Jonathan E. M.; Weeden, Don; Suckling, Kierán; Davis, Crystal; Sizer, Nigel; Moore, Rebecca; Thau, David; Birch, Tanya; Potapov, Peter; Turubanova, Svetlana; Tyukavina, Alexandra; de Souza, Nadia; Pintea, Lilian; Brito, José C.; Llewellyn, Othman A.; Miller, Anthony G.; Patzelt, Annette; Ghazanfar, Shahina A.; Timberlake, Jonathan; Klöser, Heinz; Shennan-Farpón, Yara; Kindt, Roeland; Lillesø, Jens-Peter Barnekow; van Breugel, Paulo; Graudal, Lars; Voge, Maianna; Al-Shammari, Khalaf F.; Saleem, Muhammad."An Ecoregion-Based Approach to Protecting Half the Terrestrial Realm". BioScience. 67 (6). 2017: 534–545.doi:10.1093/biosci/bix014.ISSN 0006-3568.PMC 5451287.PMID 28608869.
  72. R. Tolasz,Climate Atlas of the Czech Republic, Czech Hydrometeorological Institute, Prague, 2007.ISBN 80-244-1626-3, graphs 1.5 and 1.6
  73. "Czech absolute record temperature registered near Prague". České noviny. ČTK.25 oktyabr 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 avqust 2012.
  74. Brázdil, Rudolf; və b."Spatiotemporal variability of tornadoes in the Czech Lands, 1801–2017". Theor. Appl. Climatol. 136 (3–4). 2019: 1233–1248.Bibcode:2019ThApC.136.1233B.doi:10.1007/s00704-018-2553-y.ISSN 0177-798X.
  75. Antonescu, Bogdan; D. M. Schultz; F. Lomas."Tornadoes in Europe: Synthesis of the Observational Datasets". Mon. Wea. Rev. 144 (7). 2016: 2445–2480.Bibcode:2016MWRv..144.2445A.doi:10.1175/MWR-D-15-0298.1.
  76. R. Tolasz,Climate Atlas of the Czech Republic, Czech Hydrometeorological Institute, Prague, 2007.ISBN 80-244-1626-3, graph 2.9.
  77. "Country Rankings". Yale. 2016.2 fevral 2016 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:21 noyabr 2016.
  78. Grantham, H. S.; Duncan, A.; Evans, T. D.; Jones, K. R.; Beyer, H. L.; Schuster, R.; Walston, J.; Ray, J. C.; Robinson, J. G.; Callow, M.; Clements, T.; Costa, H. M.; DeGemmis, A.; Elsen, P. R.; Ervin, J.; Franco, P.; Goldman, E.; Goetz, S.; Hansen, A.; Hofsvang, E.; Jantz, P.; Jupiter, S.; Kang, A.; Langhammer, P.; Laurance, W. F.; Lieberman, S.; Linkie, M.; Malhi, Y.; Maxwell, S.; Mendez, M.; Mittermeier, R.; Murray, N. J.; Possingham, H.; Radachowsky, J.; Saatchi, S.; Samper, C.; Silverman, J.; Shapiro, A.; Strassburg, B.; Stevens, T.; Stokes, E.; Taylor, R.; Tear, T.; Tizard, R.; Venter, O.; Visconti, P.; Wang, S.; Watson, J. E. M."Anthropogenic modification of forests means only 40% of remaining forests have high ecosystem integrity – Supplementary Material". Nature Communications. 11 (1). 2020: 5978.Bibcode:2020NatCo..11.5978G.doi:10.1038/s41467-020-19493-3.ISSN 2041-1723.PMC 7723057 (#bad_pmc).PMID 33293507 (#bad_pmid).

Mənbələr

[redaktə |vikimətni redaktə et]

Əlavə oxu

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Çexiya mövzularda
Çexiya
⛭
EU members and candidates
⛭
Avropa Birliyi üzvü və üzvlüyə namizəd dövlətlər
Birlik üzvləri
Almaniya  •Avstriya  •Belçika  •Bolqarıstan  •Kipr  •Çexiya  •Danimarka  •Estoniya  •Finlandiya  •Fransa  •İrlandiya  •İspaniya  •İsveç  •İtaliya  •Latviya  •Litva  •Lüksemburq  •Macarıstan  •Malta  •Niderland  •Polşa  •Portuqaliya  •Rumıniya  •Slovakiya  •Sloveniya  •Xorvatiya  •Yunanıstan
EU members and candidates
Üzvlüyə rəsmi namizəd dövlətlər
Keçmiş üzvlər
⛭
İttifaq üzvləri
Namizəd ölkələr
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
BAVADV12578338 ·BNCa10844016 ·BNEXX453741 ·BNF12004532d119797263 ·CiNiiDA10193443 ·GND4303381-7 ·ISNI000000012290990X ·LCCNn90718759 ·NDL00577401 ·NKCge128065 ·NSK000104455 ·SUDOC073704040 ·VIAF137159957 ·WorldCat VIAF137159957
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Çexiya&oldid=8085862"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp