Çan Kayşek (ing.Chiang Kai-shek,çin蔣介石,pinyin 蒋介石; 31 oktyabr 1887 Çjetszyan əyaləti, Fınxua şəhəri — 5 aprel 1975, Taybey) —Çin hərbi və siyasi xadimi, 1925-ci ildənÇindəxalq inqilabı nəticəsində devrilmiş (1949)Qomindan rejiminin başçısı,marşal,generalissimus.
Çan Kayşi 31 oktyabr 1887-ci ildə Çjetszyan əyalətinin Fınxua şəhərində tacir ailəsində anadan olmuşdur. O, 1903–1906-cı illərdə Fınxuada yerləşən qəza məktəbindəAvropa təhsili almışdır. 1906-cı ildə o, ilk dəfəYaponiyaya getmiş və burada o,Sun Yatsenlə və onun əhatəsində olan inqilabçılarla tanış olmuşdur. 1907–1909-cu illərdə Baodin və Sinbu hərbi məktəblərini bitirdikdən sonra kadet rütbəsində hərbi xidmətə başlamışdır. 1915–1916-cı illərdə Çan KayşiŞanxaydaYuan Şikay hakimiyyətinə qarşı silahlı çıxışlarda fəal iştirak edərəkSun Yatsenin yaxın silahdaşına çevrilmişdir.[5] 1918-ci ildə o, inqilabi qüvvələrin mərkəzi olanQuançjouda əməliyyat ordusunun rəisi, daha sonraQomindan ikinci birləşməsinin komandanı, 1923-cü ildə baş qərargah rəisi, 1924-cü ildəQuançjouda açılmış Vampu hərbi məktəbinin rəisi təyin olunmuşdur.Sun Yatsenin vəfatından (1925) sonra Çan Kayşi birinci milli inqilabi ordunun komandanı seçilərəkHomindan partiyasının əsas fiquruna çevrilmiş, 1926-cı ildəHomindan partiyasının Mərkəzi İcra Komitəsinin üzvü seçılmışdı. 1926–1927-ci illərdə Şimal yürüşü zamanı Milli İnqilab Ordusunun baş komandanı idi.
Çan Kayşi 1927-ci il 12 apreldə əksinqilabi çevriliş edərək ölkədə irticaçı diktator rejimi yaratmışdı. Həmin ilin avqust ayında siyasi intriqalar nəticəsində istefa verməsinə baxmayaraq, 1928-ci ilin yanvarında yenidən Milli İnqilab Ordusunun baş komandanı olmuş və Şimal yürüşünü uğurla başa çatdırmışdır. O, 1928-ci il 8 oktyabrdaÇin Respublikası Milli Hökumətinin sədri seçilmişdi. 1937-ci ildəYaponiyanınÇinə hücumundan sonra Çin Kommunist Partiyası ilə birlikdə antiyapon milli cəbhəsini yaratmışdır. Həmin il Çan Kayşi Çin Respublikasınıngeneralissimusu[6] olmuşdur. Çin Kommunist Partiyası ilə koalisiyalı hökumət yaratmaq haqqında uğursuz danışıqlardan sonra (1946-cı il, iyul) baş vermişÇin vətəndaş müharibəsində Çan KayşiQomindanın Çin Kommunist Partiyasına qarşı mübarizəsinin rəhbəri idi. 1948-ci ilin mayında Çin Respublikasının prezidenti vəzifəsini icra etməyə başlamışdır.
1949-cu ildəÇinin materik hissəsində qomindançıların Çin Xalq Azadlıq Ordusuna məğlubiyyətindən sonra Çan KayşiTayvan adasına qaçaraq, orada hökumətin vəQomindanın başçısı olmuşdur. Çan Kayşi Çin Respublikasının (Tayvandakı dövlətin rəsmi adı) prezidenti (1950-ci ildən) və silahlı qüvvələrinin baş komandanı idi. 1970-ci illərin əvvəllərinədəkAmerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən Çan Kayşi rejiminin nümayəndələriBMT-dəÇini təmsil edirdilər, lakin 1971-ci il 25 oktyabrdan bu yeriÇin Xalq Respublikasının nümayəndəsi tutmuşdur. Çan Kayşinin ölümündən sonra onun oğlu Szyan SzinqoTayvan hökumətinin yeni başçısı olmuşdur.