Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Vinston Çörçill

Vikipediya, azad ensiklopediya
(Çörçill səhifəsindən istiqamətləndirilmişdir)
"Çörçill" bura istiqamətləndirir. Digər mənalar üçün bax:Çörçill (dəqiqləşdirmə).
Vinston Çörçill
ing.Winston Churchill
26 oktyabr 1951 –5 aprel 1955
ƏvvəlkiKlement Ettli
SonrakıEntoni İden
10 may 1940 –26 iyul 1945
ƏvvəlkiNevill Çemberlen
SonrakıKlement Ettli
9 noyabr 1940 –6 aprel 1955
ƏvvəlkiNevill Çemberlen
SonrakıEntoni İden
Böyük Britaniyanın müxalifət lideri
26 iyul 1945 –26 oktyabr 1951
ƏvvəlkiKlement Ettli
SonrakıKlement Ettli
Böyük Britaniyanın maliyyə naziri
6 noyabr 1924 –4 iyun 1929
Şəxsi məlumatlar
Doğum adıWinston Leonard Spencer Churchill
Doğum tarixi30 noyabr1874(1874-11-30)[1][2][…]
Vəfat tarixi24 yanvar1965(1965-01-24)[1][2][…](90 yaşında)
Vəfat səbəbiinsult
Dəfn yeri
  • Müqəddəs Martin kilsəsi[d]
Partiya
Təhsili
  • Harrou Məktəbi[d]
Fəaliyyətisiyasətçi, tarixçi
DiniAnqlikan kilsəsi
Hərbi xidmət
MənsubiyyətiBirləşmiş Krallıq, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Qoşun növüBritaniya Ordusu, süvari
Döyüşlər
Rütbəsi
TəltifləriHərbi medal — 1946 1939–45 Star Africa Star France and Germany Star Grand Cross of the Order of the Oak Crown "Görkəmli xidmətə görə" medalı — 1919 Queen Elizabeth II Coronation Medal Territorial Decoration — 1924 Queen's Sudan Medal — 1889 Queen's South Africa Medal — 1901 Hərbi medal (Fransa) Croix de Guerre 1914–15 Star British War Medal "Ağ şir" ordeninin böyük xaçı — 2014 "Niderland şiri" ordeninin böyük cəngavər xaçı — 1946 King George V Silver Jubilee Medal King George VI Coronation Medal Knight Grand Cross with Collar of the Order of Saint Olav‎ Cross of Military Merit with Red Decoration — 1895 Grand Cordon of the Order of Leopold "Fil" ordeni "Qələbə" medalı Cross of Liberty 1st Division, 1st Class — 1925 Companion of Honour — 1922 Order of the Star of Nepal Knight of the Garter — 1953 Companion of the Liberation — 1958 "Xidmət" ordeni
Charlemagne Prize — 1956 ədəbiyyat üzrə Nobel mükafatı — 1953
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ser Vinston Leonard Spenser Çörçill (ing.Sir Winston Leonard Spencer-Churchill;30 noyabr187424 yanvar1965) — ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940–1945 və 1951–1955-ci illərdəBöyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri.

Həyatı

[redaktə |vikimətni redaktə et]
Vinston Çörçill hərbi formada (1895)

Vinston Çörçill 1874-cü il noyabrın 30-daBlenheym şəhərində dünyaya göz açmışdır. O, ata tərəfdənhersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiralFrensis Dreykə qohumluğu çatırdı.

Çörçill 1895-ci ildə orduya daxil olmuş,HindistanSudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899–1902-ci illərdəİngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Vinston siyasi fəaliyyətə başlayır.Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelindəÇemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir. 1905–1911-ci illər ərzində o, Koloniyalar naziri, Ticarət naziri, Daxili İşlər naziri vəzifəsində çalışmışdır. 1911–1915-ci illərdə isə Hərbi Dəniz naziri vəzifəsində olarkən Britaniya donanmasınıAlmaniya ilə gələcək müharibəyə hazırlayır. 1915-ci ilin fevralında Çörçillin əmri ilə keçirilənGeliboluDardanelə hücum əməliyyatı iflasa uğrayır. 1915-ci ilin ortalarında Çörçill admirallıqdan istefa verdiyini bildirir.

1917-ci ildəLloyd Corcun köməyilə koalisiya hökumətinin tərkibinə gətirilir. Hərbi nazir vəzifəsinə təyin edilən Çörçill geniş sayda tank istehsalına başlayır və buna görə "tankların atası" ləqəbini qazanır. 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planını hazırlayır.

1918–1922-ci illərdə Hərbi nazir və Aviasiya naziri olan Çörçill 1924–1929-cu illərdəStenli Bolduin hökumətində Maliyyə naziri vəzifəsində çalışır.

İkinci Dünya müharibəsi illərində

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:İkinci Dünya müharibəsi
Çörçill, Ruzvelt və StalinYalta konfransında

1939–1940-cı illərdə Çörçill Hərbi Dəniz naziri vəzifəsində çalışır. 1940-cı il mayın 10-daVermaxtınFransaya hücumu ilə Müdafiə naziri vəzifəsinə təyin olunur.Nümayəndələr Palatasının sədri seçilir. İlin sonunda isə mühafizəkarların lideri kimiBöyük Britaniyanın baş naziri olur.

Çörçill 1941-ci il iyunun 12-dəSSRİ iləİngiltərə arasında əməkdaşlıq müqaviləsi imzalanmasına nail olur. 1941-ci il iyunun 22-si — Almaniyanın SSRİ-yə hücum etdiyi gün Çörçill London radiosu ilə çıxışında SSRİ-ni dəstəklədiyini bildirir. 1942-ci il yanvarın 1-də prezidentRuzvelt, baş nazir Çörçill, SSRİ-nin səfiriMixail Litvinov və Çinin səfiri T. Sunq Ruzveltin kabinetində "Birləşmiş Millətlərin Nizamnaməsi" adlı sənədi imzalayırlar. Birləşmiş Millətlər ifadəsi Çörçillin ideyasıdır. O, Bayronun şeirindəki "gələcəyin birləşmiş millətlərinin qılıncı" misrasından Birləşmiş Millətlər söz birləşməsini yeni yaranacaq təşkilatın adı kimi götürür.

1943-cü il 28 noyabr-1 dekabr tarixlərindəantihitler koalisiyası liderlərinin —SSRİ,ABŞBöyük Britaniyanin iştirakı ilə keçirilənTehran konfransında Çörçill 2-ci cəbhənin açılmasına qəti etirazını bildirir. Bu konfransdan sonra o, ledi Vayolet Bonem Karterə belə söyləmişdi: "Həyatımda birinci dəfə anladım ki, biz kiçik xalqıq. Mənim sağımda rus ayısı, solumda isə amerika bizonu oturmuşdu. Bu iki nəhəngin ortasında isə balaca ingilis eşşəyi əyləşmişdi."

1945-ci il 8 mayda U. Çörçill Almaniyanın kapitulyasiyası barədə ilk xəbəri verir. Almaniyanını kapitulyasiyasından sonra Çörçill ABŞ ordularının şərqə doğru irəliləməsinin dayanmamasını tələb edir. SSRİ, ABŞ və İngiltərə hökumətlərinin iştirak etdiyiPotsdam konfransında (1945-ci il, 17 iyul-2 avqust) Çörçillin əsas məqsədi Almaniyanın işğal zonalarının konkret sərhədləri müəyyənləşdirilərkən Sovet İttifaqına güzəştə getməmək, hüquqlarını məhdudlaşdırmaq oldu.

Fulton çıxışı

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Fulton çıxışı

Vinston Çörçill 1946-cı il martın 5-dəABŞ-ninMissuri ştatınınFulton şəhərindəki Vestminster kollecində səsləndirdiyi "Sülhün əzələləri" adlıçıxışında "Qərb demokratiyasını SSRİ və dünya kommunizmi təhlükəsinə qarşı birləşməyə və ingilisdilli xalqların qardaşlıq assosiasiyasını" yaratmağa çağırır. Çörçill ilk olaraq sovetlərə qarşı "dəmir pərdə"nin yaradılması ideyasını irəli sürür. Bu "dəmir pərdə" Şərqi və Qərbi Avropa arasında (Baltikdə Şeçindən — Adriatikdəki Triestə kimi) çəkilməli idi.

Siyasi fəaliyyətinin son dövrləri

[redaktə |vikimətni redaktə et]
Vinston Çörçill baş nazir iqamətgahının önündə

V. Çörçill 19 sentyabr 1946-cı ildəİsveçrəninSürix şəhərinin universitetində "Oyan, Avropa" adlı çıxış edir. O, Avropa dövlətlərinə müraciət edərək, onları Avropa Birləşmiş Ştatları yaratmağa, Almaniya və Qərbi Avropa dövlətlərini birgə ittifaqa çağırır. C. Çörçill 1951–1955-ci llərdə yenidən Böyük Britaniyanın baş naziri olur. 1955-ci ilin aprelində öz səhhəti ilə (beyinə qan sızması) əlaqədar olaraq hakimiyyətdən imtina etdiyini bildirir.

Ölümü

[redaktə |vikimətni redaktə et]

O, 80 yaşından depressiyadan əziyyət çəkməyə başlayır və ruhi sarsıntılar keçirir. Ömrünün son 10 ilini tənha yaşamağa üstünlük verir. 1965-ci ilin yanvarın 24-də Çörçill ölüm yatağında bu son sözləri deyir: "Hər şey necə cansıxıcıdır".

Ədəbi fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Vinston Leonard Spenser Çörçill ədəbiyyat sahəsində Nobel mükafatı alan ilk və yeganə hökumət başçısıdır. Yarım əsr ərzində Böyük Britaniya dövlətinə sədaqətlə xidmət edən, onun bir çox uğurlarına imzasını atan Çörçill təkcə böyük siyasətçi deyil, həm də zəmanəsinin görkəmli yaradıcı şəxsiyyətlərindən biri idi.

Əslində onu siyasət zirvəsinə aparan yol da yaradıcı əməkdən — jurnalistikadan başlanmışdı. Sandxersdəki quru qoşunları məktəbini bitirdikdən sonra 1895-ci ildə leytenant Çörçill "Deyli qrafik" qəzetinin müxbiri kimi ispan-amerikan müharibəsinin qızışdığı Kubaya getmişdi. Göndərdiyi məqalə və xəbərlər təkcə operativliyi ilə deyil, həm də təsvirlərinin canlılığı ilə diqqəti çəkirdi.

Hindistanın şimal-qərb sərhəddində xidmət etdiyi 1896–1897-ci illərdə də Çörçill hərbi vəzifə borclarını yerinə yetirməklə bir sırada yaradıcılığını da davam etdirmişdi. Bu dövrdə o, "Malakand səhra hissələrinin tarixi" kitabını, habelə ilk və son bədii əsərini — "Savranola, Lauraniyada inqilabın tarixi" romanını yazmışdı.

1899-cu ildə isə Çörçill həm zabit, həm də "Morninq post" qəzetinin hərbi müxbiri kimi lord Kitçenerin rəhbərliyi ilə Sudana göndərilən Nil ekspedisiyasında iştirak etmişdi. Topladığı materiallar əsasında "Çay müharibəsi. Sudanın yeni fəthinin tarixi" (1899) kitabını çap etdirmişdi.

Mühafizəkarlar partiyasından parlamentə seçilmək planı baş tutmayanda Çörçill "Morninq star"ın hərbi müxbiri kimi bu dəfə dünyanın digər bir qaynar nöqtəsinə — ingilislərlə burlar arasında müharibənin yenidən alovlandığı Cənubi Afrikaya getmişdi. Başgicəlləndirici Afrika macəralarından — əsirlikdən, qısa müddətli həbsdən sonra o qəhrəman kimi İngiltərəyə dönmüşdü.Çörçill 1908-ci ildən başlayaraq müxtəlif vaxtlarda Böyük Britaniya hökumətində müstəmləkələr nazirinin müavini, daxili işlər naziri, müdafiə naziri — Admirallığın birinci lordu, hərbi sənaye naziri, müstəmləkələr naziri, maliyyə naziri, iki dəfə baş nazir vəzifələrini tutmuşdu. Hər iki Dünya müharibəsi zamanı İngiltərənin dövlət sükanı bu müdrik və uzaqgörən siyasi liderin əlində olmuşdu. Çörçill Britaniyanın hər iki savaşdan minimal itkilərlə çıxmasını təmin etmişdi.

Və bütün bu son dərəcə mürəkkəb dövlət işlərindən azacıq vaxt tapan kimi o, yazmaqla məşğul olmuşdu. Təkcə qələmindən çıxan əsərlərin adları Çörçillin maraq dairəsi və dərin zəkası haqqında təsəvvür yaradır. 1923–1929-cu illərdə o, Birinci Dünya müharibəsinin tarixini əks etdirən dörd cildlik "Dünya böhranı" kitabını yazmışdı. İngilis tarixçisi Troper-Rover bu kitabı "tarixdə ən parlaq hərbi memuarlar" kimi dəyərləndirmişdi.

Parlamentə seçilmədiyi, dövlət işindən kənarda qaldığı 1929–1939-cu illərdə Çörçill bütün qüvvəsini yaradıcılığa vermiş, nəslinin tarixinə müraciət edərək dörd cildlik "Malboro. Onun həyatı və dövrü" əsərini yazmışdı.

Çörçill qeyri-adi istedada malik natiq idi. Şifahi çıxışlarının hər biri əslində öz ritmi, kompozisiyası, süjeti olan bitkin əsər sayıla bilərdi. Faşistlər İngiltərəyə hücumlarını intensivləşdirəndə o, baş nazir kimi xalqa müraciətlə demişdi: "Biz öz adamızı nəyin bahasına olursa olsun müdafiə edəcəyik. Biz dəniz sahillərində vuruşacağıq. Biz aerodromlarda vuruşacağıq. Biz çöllərdə və küçələrdə vuruşacağıq. Biz dağlarda vuruşacağıq. Biz heç zaman təslim olmayacağıq!"

İkinci Dünya müharibəsi başa çatanda o, tərkibinə Almaniyanın da daxil olduğu Avropa Birləşmiş Ştatları — indiki Avropa Birliyi modelini təklif etmişdi. 1948–1954-cü illərdə Çörçill altı cildlik "İkinci Dünya müharibəsi" əsərini yazmışdı. Bu əsərdə tarixi faktlarla şəxsi memuarlar son dərəcə bacarıqla uzlaşdırılmışdı.

1953-cü ildə, Vinston Çörçill sonuncu dəfə Böyük Britaniyanın baş naziri olduğu dövrdə İsveç Akademiyası onu "tarixi və bioqrafik xarakterli əsərlərinin böyük ustalığına, habelə ən yüksək insani dəyərlərin müdafiəsinə yönəlmiş parlaq natiqlik məharətinə görə" yekdilliklə Nobel mükafatına layiq bilmişdi.[4] Təqdimat mərasiminin keçirildiyi gün — dekabrın 10-da ÇörçillBaham adamlarında beynəlxalq konfransda olduğundan mükafatı İsveç kralından yarım əsrə yaxın birgə ömür sürdüyü həyat yoldaşı Klementina Hozer almışdı.

Ömrünün sonunda, yaşına və səhhətinə görə siyasi fəaliyyətdən uzaqlaşdığı dövrdə Çörçill dörd cildlik "İngilisdilli xalqların tarixi" tədqiqatını tamamlamışdı. Gözəl rəsm əsərləri və bənnalıq sənətinin sirlərinə bələdliyi də baş nazirin sənətə yad olmadığının əlavə dəlil-sübutları sayıla bilər.

Vinston Çörçill kifayət qədər uzun həyatı və siyasi karyerası dövründə bir çox dünya ölkələrinin ali mükafatlarına layiq görülmüşdü. Onların sırasında Nobel mükafatının da təbii və qanunauyğun yeri vardır.

Mükafatları

[redaktə |vikimətni redaktə et]

1953-cü ildə Ədəbiyyat sahəsindəNobel mükafatı alır. Həmin ildə kraliçaII Elizabet tərəfindən "Bağlama ordeni"nə layiq görülür. 1963-cü ildə isəABŞ-nin fəxri vətəndaşı olur.

2002-ci ildəBirləşmiş Krallıqda "BBC" teleradioşirkəti tərəfindən keçirilmiş 1 milyondan çox insanın iştirak etdiyi sosioloji sorğuda Vinston Çörçill bütün dövrlərin ən dahi britaniyalısı seçilir.

Maraqlı faktlar

[redaktə |vikimətni redaktə et]
  • Çörçill gündə 10siqar çəkirmiş.[5]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 12Winston Leonard Spencer (Lord) Churchill (nid.).
  3. The London Gazette 27799 (brit. ing.). 1905. burax. 27799. S. 3866.
  4. Nadir Qocabəyli,Portret: Vinston Çörçil. Ədəbiyyat üzrə Nobel mükafatı almış nəhəng siyasətçi.[ölü keçid] kult.az 08.06.2008 (az.)
  5. "Arxivlənmiş surət".8 yanvar 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2023.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikisitatdaVinston Çörçill ilə əlaqədar sitatlar var.
 Bu şablona bax 
  Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BAVADV10265748ADV10265749 ·BIBSYS90117157 ·BNCa10470736 ·BNEXX850994 ·BNF119836090 ·BPN63267986 ·CALISn2004545540 ·CiNiiDA0065926X ·CONOR21982819 ·EGAXAvtls000805379 ·GND118520776 ·GTAA89453 ·ICCURAVV003813 ·ISNI0000000120966628 ·LCCNn78085430 ·LNB000015449 ·NCL002206660000194049 ·NDL00436010 ·NLC: 000230368 ·NKCjn19990003864 ·NLA35908632 ·NLG86540 ·NLR000044889 ·NLPa0000001178505 ·NSK000014170 ·NTA068480040 ·NUKATn94206195 ·PTBNP67547 ·РГБ000004605 ·LIBRIS181701 ·SUDOC027891631 ·VIAF94507588 ·ULAN500028788 ·WorldCat VIAF94507588

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
XVIII əsr
XIX əsr
XX əsr
XXI əsr
⛭
1951-1975
Digər
⛭
Sonninq mükafatı laureatları
Uinston Çörçill (1950) •Albert Şveytser (1959) •Bertran Rassel (1960) •Nils Bor (1961) •Alvar Aalto (1962) •Karl Bart (1963) •Dominik Pir (1964) •Ricard Kalerqi (1965) •Lourens Olivye (1966) •Vilhelm Hoft (1967) •Artur Kostler (1968) •Halldor Laksness (1969) •Maks Tau (1970) •Danilo Dolçi (1971) •Karl Popper (1973) •Hannah Arendt (1975) •Arn Ness (1977) •Herman Qmayner (1979) •Dario Fo (1981) •Simona de Bovuar (1983) •Vilyam Heyines (1985) •Yürgen Habermas (1987) •İnqmar Berqman (1989) •Vatslav Havel (1991) •Kşiştof Kyeslovski (1994) •Günter Qrass (1996) •Yorn Utzon (1998) •Eugenio Barba (2000) •Meri Robinson (2002) •Mona Hatum (2004) •Aqnes Heller (2006) •Renzo Piano (2008) •Hans Magnus Enzensberger (2010) •Orxan Pamuk (2012) •Mixail Haneke (2014)
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Vinston_Çörçill&oldid=8377114"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp