"
Unudulmuş əcdadların kölgələri" —
Sergey Paracanovun Mixail Kotsyubinskinin eyniadlı povesti əsasında 1964-cü ildə Aleksandr Dovjenko adına kinostudiyada çəkdiyi
SSRİ bədii filmi. Film Mixail Kotsyubinskinin 100 illik yubileyinə həsr olunmuşdur. Sovet kinoprokatında (1965) filmi 8,3 milyon tamaşaçı izləmişdir. Xarici prokatdada film "
Alovlu atlar" (
ing.Wild Horses of Fire) adı ilə nümayiş etdirilmişdir. Film Paracanovun ilk böyük işi idi, kostyum və rənglərin zəngin istifadəsi sayəsində ona beynəlxalq şöhrət qazandırmışdı. 1966-cı il Nyu-York Kino Festivalının proqramında film "avangard, ekstravaqant, dəbdəbəli dastan" və "ovsunlayıcı əsər" kimi təsvir olunmuş, xalq mahnıları və atonal musiqinin fantastik kamera işi ilə birləşdiyi qeyd edilmişdir.
(
Davamı...)