Laynus Polinq —ABŞ kvant kimyaçısı,biokimyaçısı, kristaloqrafı, molekulyar bioloqu və tibb tədqiqatçısı. O,XX əsrin ən mühüm kimyaçılarından biridir.Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildəKimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvikristallar vəzülalların təkmilləşdirilməsində iştirak etmişdir. Onun 1953-cü ildəDNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar Ceyms Vatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur.
Məhəmmədrza Məhdəvi —İran dövlət və ictimai xadimi,ayətullah, keçmişədliyyə naziri vədaxili işlər naziri, 2 sentyabr–29 oktyabr 1981-ci il tarixlərində baş nazir, 8 mart 2011-ci ildən 21 oktyabr 2014-cü ilə qədərMütəxəssislər Şurasının sədri. Məhdəvi Kani gənclik illərindən bəri islam elmləri ilə məşğul olmuşdur. O,Qumda ayətullahRuhullah Xomeyni kimi islam alimlərinin yanında təhsil almışdır. O,Pəhləvi rejimi əleyhinə fəaliyyət göstərmiş və bu dövrdə üç dəfə həbs edilmişdir. O, 1979-cu ilİslam İnqilabına gətirib çıxaran siyasi və inqilabi fəaliyyətlərdə dərindən iştirak etmişdir. Məhdəvi Kani İran İslam Respublikasının siyasi mənzərəsində mühafizəkar və mötədil fraksiyalar arasında birləşdirici rol oynamışdır.
Masters turniri çempionlarının siyahısı — 1934-cü ildən bəri təşkil edilən illikqolf turniri. Turnirin ilk çempionuHorton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (AçıqAmerika, AçıqBritaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar. Masters turnirində birinci yeri əldə edənqolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır.
Gelibolulu Mustafa Əli öz əsərindəOsmanlı dövlət idarəçiliyində müşahidə etdiyi korrupsiya və ədalətsizlikləri tənqid etmiş, buna görə işsiz qalmışdır.
BelarusluBoris Skosırev özünüAndorranın kralı elan etmiş, lakin bu iddia yalnız bir neçə gün davam etmişdir və özü həbs olunmuşdur.
Avstriyada Holokostun inkarı 1992-ci ildə cinayət hesab olunmuş və bu əmələ görə 1 ildən 10 ilə qədər həbs cəzası müəyyən edilmişdir.