Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azadensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Valentin Qluşko — raket-kosmik texnikası sahəsindəSSRİ mühəndisi və alimi. O, raket-kosmik texnikasının pionerlərindən biri, SSRİ-də maye yanacaqlı raket mühərriki istehsalının banisi olmuşdur.

Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji —Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru,SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv),"Lenin" mükafatı laureatı, iki dəfəSSRİ Dövlət mükafatı laureatı, iki dəfəSosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O,SSRİ KP MK üzvü (1976–1989) idi.

1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİdaşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
KərkiAzərbaycan RespublikasıNaxçıvan Muxtar RespublikasınınSədərək rayonunun inzibati-ərazi vahidində kənd. KərkiSədərək kəndinin 8–10 kilometrliyində,Arpaçayın sahilində,Tejkar dağının ətəyində yerləşir. Kərki Azərbaycanın 4eksklav ərazisindən biridir, yəni onun Naxçıvan Muxtar Respublikası ilə fiziki əlaqəsi yoxdur vəErmənistan ərazisi ilə tam əhatə olunmuşdur. Kəndin ümumi ərazisi təxminən 960 hektardır və ərazisindən Ermənistanın şimal ilə cənubunu birləşdirən M-2 magistral yolu keçir.

Kərki kəndi tarixi baxımdan qədim irsə malikdir. Kəndin qərbindəTunc dövrünə aid yaşayış məskəni, müdafiə qalası və qədim nekropol yerləşir. Arxeoloji tədqiqatlar zamanı nekropol sahəsində daş qutu şəklində qəbirlər, keramika nümunələri və digər maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Kərki nekropolunda tapılan boyalı qablar Naxçıvan ərazisindəki digər arxeoloji abidələr üçün səciyyəvi xüsusiyyətlər daşıyır. Eyni zamanda, kənd ərazisindəBirinci Dünya müharibəsi dövründə həlak olmuşOsmanlı əsgərinin məzarı da mövcuddur.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı.Böyük Moğol İmperiyasının əsası1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarıBabur şahıdır. Sonuncu hökmdar isəII Bahadır Şah olmuşdur.Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsasıZahirəddin Məhəmməd Babur (fars.ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ;al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur.Babur ata tərəfdənTeymurilər sülaləsindən, ana tərəfdən isəÇingizlilər sülaləsindəndir.Baburun atasıƏmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isəÇingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Xəbərlər
Papa Robert Frensis Prevost 2025-ci ildə
Papa Robert Frensis Prevost 2025-ci ildə

Aktual hadisələr:HƏMAS–İsrail müharibəsi  •Rusiya–Ukrayna müharibəsi  •Sudanda vətəndaş müharibəsi

Bilirsinizmi?
Bilirsinizmi?
Kofuku stansiyası.
Kofuku stansiyası.
  • Kofuku stansiyasının(şəkildə) adıyapon dilindən tərcümədə "xoşbəxtlik" mənasına gəldiyi üçün insanlar arzularını yazdıqları kağızları stansiyaya yapışdırıb xoşbəxtlik diləyirlər.
  • Eyniadlı povestə əsaslanan"Unudulmuş əcdadların kölgələri" filmininSSRİ-dən xaricdə "Alovlu atlar" adı ilə nümayiş etdirilməsi izləyicilər arasında filmin povest ilə əlaqəsi barədə çaşqınlıq yaratmışdır.
  • Kosmonavtikanın pionerlərindən olan Aleksandr Şargey SSRİ-də repressiyalardan yayınmaq üçün vəfat etmişYuri Kondratyukun sənədlərini mənimsəmiş və ölənə kimi bu kimlik ilə yaşamışdır.
  • Hoyya-Baçu meşəsi paranormal və fövqəltəbii hadisələrin müşahidə olunması səbəbilə "RumıniyanınBermud üçbucağı" adlandırılır.
  • Ukraynada XIX əsrə qədər ənənəvikobzarların kor olmaqları tələb olunurdu.
Tarixdə bu gün
15 may: İlk McDonald's restoranı, Klivlenddə yanğın
III Georq
III Georq
  • 1701 — İspaniya mirası uğrunda müharibə başlamışdır.
  • 1800 — III Georq bir gündə ona qarşı təşkil edilən iki sui-qəsddən canını qurtara bilir.
  • 1858Londonda indiki Kral Opera Evi açılmışdır.
  • 1929Klivlenddə, Klivlend klinikasında baş verən yanğında 123 nəfər həyatını itirir.
  • 1935 — Moskva Metropoliteni istifadəyə verilmişdir.
  • 1940Kaliforniyada ilk McDonald's restoranı açılmışdır.
  • 2011 — Azərbaycanı təmsil edənEldar QasımovNigar Camal dueti56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi oldu.
  • Digər günlər:14 may15 may16 may

    (bax  •redaktə  •tarixçə)


    Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ana_səhifə&oldid=7990926"

    [8]ページ先頭

    ©2009-2025 Movatter.jp