Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azadensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Valentin Qluşko — raket-kosmik texnikası sahəsindəSSRİ mühəndisi və alimi. O, raket-kosmik texnikasının pionerlərindən biri, SSRİ-də maye yanacaqlı raket mühərriki istehsalının banisi olmuşdur.

Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji —Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru,SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv),"Lenin" mükafatı laureatı, iki dəfəSSRİ Dövlət mükafatı laureatı, iki dəfəSosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O,SSRİ KP MK üzvü (1976–1989) idi.

1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİdaşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Pietasqədim Romaəxlaqının əsaslarından biri. Bu, ilk növbədə dindarlıq, tanrılara, ölkəyə, ata-anaya və əcdadlara ehtiramla yanaşma kimi bir sıra cəhətləri əhatə edən birfəzilət anlayışı idi. Qədim Roma cəmiyyətində bu fəzilətin klassik nümunələsiEney idi. O, həyatını riskə atmış və yaşlı atası Anxisiyunanlar tərəfindən yandırılanTroyadan xilas etmişdir. Başqa bir prinsipial nümunə ana südü ilə həbsxanada valideynlərini aclıqdan xilas edən romalı qadın hesab olunurdu.

Oktavian Avqustun hakimiyyətə gəlməsi ilə pietasa xüsusi münasibətimperator kultunun bir hissəsi olmuşdur. Bu, demək olar ki, hökmdarın əsas fəziləti kimi təqdim olunurdu. Pietasıntəbliğ olunması təkcə mənəvi deyil, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Cəmiyyətin qədim inkişaf səviyyəsində ailənin atasının və ya ağasının böyük gücünə pietasa daxil olan əxlaq normaları kömək etmişdi və bu, iqtisadiyyatın ən səmərəli formada idarə olunmasını təmin etmişdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — Bu siyahıdaAlmaniyanınNürnberq şəhərində1945-ci ilnoyabrın 20-dən1946-cı iloktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmışÜçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ1942-ci ildəSSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi.Stalin bir neçə dəfə bildirmişdi ki,İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.

Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır.Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Xəbərlər
Yohannes Piç "Avroviziya Mahnı Müsabiqəsi"nin mükafatı ilə
Yohannes Piç "Avroviziya Mahnı Müsabiqəsi"nin mükafatı ilə

Aktual hadisələr:HƏMAS–İsrail müharibəsi  •Rusiya–Ukrayna müharibəsi  •Sudanda vətəndaş müharibəsi

Bilirsinizmi?
Bilirsinizmi?
Kofuku stansiyası
Kofuku stansiyası
  • Kofuku stansiyasının(şəkildə) adıyapon dilindən tərcümədə "xoşbəxtlik" mənasına gəldiyi üçün insanlar arzularını yazdıqları kağızları stansiyaya yapışdırıb xoşbəxtlik diləyirlər.
  • Eyniadlı povestə əsaslanan"Unudulmuş əcdadların kölgələri" filmininSSRİ-dən xaricdə "Alovlu atlar" adı ilə nümayiş etdirilməsi izləyicilər arasında filmin povest ilə əlaqəsi barədə çaşqınlıq yaratmışdır.
  • Kosmonavtikanın pionerlərindən olan Aleksandr Şargey SSRİ-də repressiyalardan yayınmaq üçün vəfat etmişYuri Kondratyukun sənədlərini mənimsəmiş və ölənə kimi bu kimlik ilə yaşamışdır.
  • Hoyya-Baçu meşəsi paranormal və fövqəltəbii hadisələrin müşahidə olunması səbəbilə "RumıniyanınBermud üçbucağı" adlandırılır.
  • Ukraynada XIX əsrə qədər ənənəvikobzarların kor olmaqları tələb olunurdu.
Tarixdə bu gün
20 may:Kambocada ölüm günü,Kubada müstəqillik günü
Domodedovo hava limanının yerləşdiyi yer
Domodedovo hava limanının yerləşdiyi yer
  • 526Suriyada 300 min adam zəlzələ nəticəsində həlak oldu.
  • 1851Kanadada ilk poçt markası işıq üzü görmüşdür.
  • 1900Fransada 1900-ci il Yay Olimpiya Oyunları start götürdü.
  • 1902Kubaİspaniyadan müstəqillik əldə edir.
  • 1921AlmaniyaÇin diplomatik əlaqələr qurdu.
  • 1965Domodedovo Hava Limanının açılışı baş tutmuşdur.
  • 1992 — "RUH"Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi yaranıb.
  • Digər günlər:19 may20 may21 may

    (bax  •redaktə  •tarixçə)


    Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ana_səhifə&oldid=7990926"

    [8]ページ先頭

    ©2009-2025 Movatter.jp