Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azadensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Anıtqəbirin tarixiAnkara ilininÇankaya ilçəsində yerləşən vəMustafa Kamal Atatürkün məqbərəsinin yer aldığı bina kompleksi olan Anıtqəbirin tikilməsi ideyası, Atatürkün 1938-ci il 10 noyabrda ölümündən sonra yaransa da, Atatürkün nəşininAnkarada bir məqbərə tikilənə qədərAnkara Etnoqrafiya Muzeyində qalmasına qərar verildi.

Məqbərənin tikiləcəyi yeri müəyyən etmək üçün hökumət tərəfindən komissiya yaradıldı. Hazırlanan hesabata uyğun olaraqCümhuriyyət Xalq Partiyası parlamenti qrupunun 1939-cu il yanvarın 17-də keçirilən iclasında binanın Rasattəpədə tikilməsinə qərar verildi. Bu qərardan sonra, binanın dizaynını müəyyən etmək üçün 1941-ci il 1 martda beynəlxalq layihə müsabiqəsi elan edildi. 2 mart 1942-ci ildə başa çatan müsabiqənin qiymətləndirilməsi nəticəsində bəzi dəyişikliklərlə Emin Onat və Orhan Ardanın layihəsinin həyata keçirilməsinə qərar verildi. Təqdim olunan ikinci layihədə bir daha edilən dəyişikliklərdən sonra memarların yaratdığı üçüncü layihənin 4 iyul 1944-cü ildə İctimai İşlər Nazirliyi ilə memarlar arasında imzalanmış müqavilə ilə icra mərhələsinə keçildi. Anıtqəbrin tikintisinə 1944-cü il 9 oktyabrda təməlqoyma mərasimi ilə başlanıldı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
"GIF"in tələffüzü — "Graphics Interchange Format" qrafik mübadilə formatınınakronimi olan "GIF" sözünün necə tələffüz edilməsi. Bu məsələ 1990-cı illərdən bəri mübahisə mövzusudur.İngilis dilində populyar olaraqtəkhecalı söz kimi tələffüz olunan akronimin ingilis dilində ən çox işlənən tələffüzü/ɪf/ (yumşaq "g";Azərbaycan dilində "cib" sözündəki "c" kimi) və/ɡɪf/ (sərt "g"; Azərbaycan dilində "qara" sözündəki "q" kimi) kimidir, burada fərqlənən cəhət "G" hərfi ilə təmsil olunan fonemdir. Bir çox ictimai xadim və qurumlar mövzu ilə əlaqədar müzakirələrdə tərəf tutmuş, formatın yaradıcısıStiven Vilhayt özü 2013-cü il "Webby Awards" mərasimində çıxış edərək yumşaq "g" ilə edilən tələffüzün düzgün olduğunu bildirmişdir.

Hər bir tələffüz formasının istifadə edilmə tezliyi regionlara görə fərqli olsa da, aparılan sorğulara əsasən ümumi mənzərədə sərt "g" ilə edilən tələffüzün daha çox istifadə olunduğu müəyyən edilmişdir. Bundan əlavə, bəzi natiqlər akronimdəki hər hərfi tələffüz edərək/ɛf/ formasından istifadə edirlər. İngilis dilinin lüğətlərində ümumi olaraq hər iki əsas alternativi etibarlı qəbul edilir və linqvistik təhlillər ingilis dilində olan oxşar sözlərin tələffüz tezliklərinə əsaslanaraq hər ikisi üçün aydın üstünlük göstərmirlər. Akronimin tələffüz formaları ingilis dilindən başqa dillərdə də dəyişə bilir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısıFiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv.Nobelpriset i fysiologi eller medicin)Karolinska İnstitutu tərəfindənfiziologiya və yatibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafatAlfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beşNobel mükafatından biridir.

Bu mükafatlar kimya,fizika,ədəbiyyat,sülhfiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.

Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Xəbərlər
İmamoğlu 2024-cü ildə
İmamoğlu 2024-cü ildə

Aktual hadisələr:Rusiya–Ukrayna müharibəsi  •Sudanda vətəndaş müharibəsi

Bilirsinizmi?
Bilirsinizmi?
Uketsu
Uketsu
  • Yaponiya qorxu yazıçısıUketsunun(şəkildə) əsl kimliyini sadəcə 30 nəfər bilir.
  • Animelərdə səsləndirdiyi rus personajlara görə tanınanSumire Uesakanın rəsmi fanat klubu "Kolxoz soğan tarlası" adlanır.
  • Heç vaxt papağını başından çıxarmamışMahmud EsambayevSSRİ-də pasport şəklini papaqla çəkdirməsinə icazə verilən yeganə şəxs olmuşdur.
  • HindistanınUttar-Pradeş ştatından olan aktivistLal Bihari 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır.
  • Bakı şəhərində yerləşənŞanxay qəsəbəsi öz adını Hacı Salman adlı yerli sakininÇininŞanxay şəhərinə səyahət etməsi səbəbilə almışdır.
Tarixdə bu gün
1 aprel:Ümumdünya gülüş günü
Apple logo
Apple logo

Digər günlər:31 mart1 aprel2 aprel

(bax  •redaktə  •tarixçə)


Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ana_səhifə&oldid=7990926"
Kateqoriya:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp