Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azadensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
AyYerin yeganə daimitəbii peyki. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. AyGünəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasındaİodan sonra ikincidir. Ayın təqribən 4,5milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribənMars böyüklüyündə olanTeya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələrYerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Səfər xan Qəhrəmani (1922 – 2002) —azərbaycanəsilli İran inqilabçısı, fədaisi, siyasi məhbusu.Tudə PartiyasınınAzərbaycan Demokrat Firqəsinin üzvü olub. "21 Azər" hərəkatındaMarağanın,Urmiyanın şah qoşunlarından təmizlənməsində iştirak edib.Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmışQızılbaş Xalq Qoşunları Ordusunda zabit kimi xidmət edib. 1946-cı ildə Azərbaycan Milli Hökuməti dağıldıqdan sonraQızılbaş Xalq Qoşunları Ordusunun bir neçə fədai və zabitləri ilə birlikdə şah qoşunlarına qarşı aylarla mübarizə aparıb. 1948-ci ildə Urmiyada həbs olunub. Əvvəlcə ölüm hökmünə daha sonra isə ömürlük həbsə məhkum olunub. Müxtəlif illərdə Urmiya,Marağa,Təbriz,BürazcanTehran həbsxanalarında saxlanılıb.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Alabama qraflıqlarının siyahısıABŞ-ninAlabama ştatının 67qraflığı. Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi.ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi. Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bugünə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Bilirsinizmi?
Bilirsinizmi?
Xuskar kəndinin Şirinlər filminin premyerası üçün görünüşü
Xuskar kəndinin Şirinlər filminin premyerası üçün görünüşü
Tarixdə bu gün
25 noyabr: *Alfred Nobeldinamiti patentləşdirmişdir, (1867-ci il). *Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanmışdır (1967-ci il).
  • 1917Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilmiş, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala bilmişdilər.
  • 1936AlmaniyaYaponiya "Antikomintern paktı"nı imzalamışlar.
  • 1972 — Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınmışdır.
  • 1973 — Dövlət çevrilişi nəticəsində Yunanıstanın baş naziri Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılmışdır.
  • 1977BMTİsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul etmişdir.
  • 1991MoskvadaNizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.
  • 1992Çexoslovakiya iki müstəqil dövlətə –Çex RespublikasıSlovakiyaya parçalanmışdır.
  • 1997 — BakıdaGUAM blokunun (Gürcüstan,Ukrayna,Azərbaycan,Moldova) təşkil edilməsinə dair protokol imzalanmışdır.
  • 2000Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət almışlar.
  • 2008 — Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılmışdır.

Digər günlər:24 noyabr25 noyabr26 noyabr

(bax  •redaktə  •tarixçə)


Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ana_səhifə&oldid=7990926"

[8]ページ先頭

©2009-2025 Movatter.jp