Bu təbiətabidələri ilə bağlı suallarımızı AMEAGeologiya İnstitutunun "Palçıq vulkanizmi"şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləridoktoru, professor, əməkdar elm xadimi Adil Əliyevcavablandırdı:
- AMEAGeologiya İnstitutunda palçıq vulkanları 40 ildənartıqdır ki, öyrənilir. 1970-ci illərdə, biz eynizamanda Türkmənistan, Gürcüstan, Kerç və Tamanyarımadaları, Kuban və Saxalin adasınınpalçıq vulkanlarını da tədqiq etmişik. Son 15ildə Azərbaycanın palçıq vulkanlarıBöyük Britaniya, Norveç və ABŞ-ınaparıcı neft kompaniyaları (bp, Statoyl, AMOK, Ekson), Qərbuniversitetləri (İtaliya və s.), həmçinin Rusiya,Ukrayna və Almaniyanın alim və mütəxəssisləriilə birlikdə öyrənilmişdir.
Aparılan tədqiqatlarnəticəsində bir sıra böyük əhəmiyyətkəsb edən elmi nəticələr əldəedilmişdir. Məsələn, vulkanlarınyayıldığı ərazilərdə dərinliklərdəyerləşən neft-qaz yataqlarının geokimyəviaxtarış metodu və sönmüş sualtıpalçıq vulkanlarının xəritəalma üsuluişlənmiş və Xəzərdə tətbiqolunmuşdur. Palçıq vulkanlarının morfogenetik təsnifatıişlənilmiş, onların regional qırılmalarla əlaqəsi,zaman və məkanca paylanma qanunauyğunluqları müəyyənedilmişdir.
Bir neçəil əvvəl ilk dəfə olaraq Azərbaycan və Xəzərinhəmsərhəd akvatoriyasının palçıqvulkanlarının, geodinamik əsasda, 1:500000 miqyaslı xəritəsitərtib olunmuşdur. Vulkanların struktur mövqeyinin öyrənilməsivə aerokosmofotomaterialların deşifrəsi (təfsiri) nəticələrinintəhlili əsasında metodika işlənmiş, şərqiAzərbaycanda yeni yerüstü və gömülmüşvulkanlar aşkar edilmişdir. 2002-ci və 2009-cu illərdəAzərbaycanda son 200 ildə qeydə alınmış palçıqvulkanlarının püskürmələrinə həsrolunmuş kataloqlar nəşr olunmuşdur. Bu illər ərzində93 palçıq vulkanında 387 püskürmə başvermişdir.
Palçıqvulkanlarının fəaliyyətinin zəlzələlərləəlaqəsini xüsusilə qeyd etmək istərdim.Aparılan elmi tədqiqatlar və araşdırmalar göstərmişdirki, 4-5 və artıq maqnitudalı güclü zəlzələlərpalçıq vulkanlarının püskürmələrinəsəbəb olur. Əgər enerji toplamış vulkanınocağı zəlzələnin hiposentri ilə birqırılma zonasında yerləşmişsə, yaxud zəlzələilə vulkan arasındakı məsafə 70-80 kmradiusundadırsa, onda bu barədə inamla fikir söyləməkmümkündür. Bununla yanaşı, zəlzələnin"hazırlaşması" dövründəvulkanların aktivləşməsi və onların yer səthinəçıxardığı qazın və mineral suyun tərkibindəbəzi kimyəvi elementlərin yüksək faizi izlənilir.Bu isə zəlzələnin baş verməsi haqqında bizəməlumat verə bilər.
Hazırdaxarici ölkələrin palçıq vulkanlarıhaqqında məlumat bankı hazırlanır, dünyapalçıq vulkanları atlasının tərtibolunması istiqamətində işlər görülür.Atlas Azərbaycan, ingilis və rus dillərində nəşrolunacaqdır.
Azərbaycandapalçıq vulkanizmi problemilə əlaqədar aparılanelmi-tədqiqat işlərinin nəticələri 2009-cu ildəinternetə qoşulmuş "Azərbaycanınpalçıq vulkanları" müstəqil saytında(www.mudvolcanism.az) mütəmadi olaraq öz əksinitapacaqdır.
2009-cu ildəbizim fəaliyyətimizlə bağlı bir sevindirici hadisədə baş vermişdir. Azərbaycan palçıqvulkanları "Təbiətin yeni yeddi möcüzəsi"Beynəlxalq internet müsabiqəsininiştirakçısı olmuş və hazırda 28finalçının elit qrupundadır. Səsvermənin nəticələri2011-ci ildə məlum olacaqdır.
Azərbaycandakıiri, gözəl, möhtəşəm, aktiv fəaliyyətdəolan palçıq vulkanları ekoturizm üçün dəçox yaxşı obyektdir. Bakıya gələn turistləripalçıq vulkanlarına səyahətə cəlb etməkməqsədilə 2009-cu ildə Azərbaycan, rus və ingilisdillərində "Azərbaycanın palçıqvulkanları" adlı bələdçi kitabçasınəşr olunmuş və 25 maraqlı palçıqvulkanlarını əhatə edən turist marşrutları təklifedilmişdir. Azərbaycanın palçıqvulkanlarının beynəlxalq ekoturizmə cəlb olunmasıbugünün tələblərinə uyğundur və buçox vacib məsələdir.
Bu günpalçıq vulkanları təbii abidə statusu alıb vədövlət tərəfindən qorunur. "Bakının vəAbşeronun palçıq vulkanları" Dövlət TəbiətQoruğunun yaradılması barədə AzərbaycanRespublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli sərəncamındabu nadir təbiət abidələrinin qorunmasıüçün lazımi tədbirlər nəzərdətutulmuşdur və hazırda onlar həyata keçirilir.